Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Bakı neftinin tarixi bədii ədəbiyyatda


(Musabəyov İ. Neft və milyonlar səltənətində)



Yüklə 2,36 Mb.
səhifə5/7
tarix10.01.2022
ölçüsü2,36 Mb.
#109942
1   2   3   4   5   6   7
(Musabəyov İ. Neft və milyonlar səltənətində)





Süleymanov M.F. Eşitdiklərim, oxuduqlarım, gördüklərim.-Bakı: Azərnəşr, 1987. - 320 səh.
M. Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı “neft səltənətində” baş verən hadisələrdən, Bakı neftinin tarixindən bəhs edir.

1. 1825-ci ildə Abşeron yarımadasında beş yerdə - Balaxanı, Sabunçu, Binəqədi, Bibiheybət və Şubanıda əl quyularından neft çıxarılırdı. Az miqdarda Pirallahı (Artyom) adasında əl ilə işləyən dayaz neft quyuları qazmağa başladılar. 1848-ci ildə rus mühəndisi Semyonov Azərbaycan torpağında dünyada ilk neft quyusu qazmışdı (ABŞ-dan 11 il əvvəl). 1863-cü ildə isə Pirallahı adasında mexaniki üsulla quyu qazmağa cəhd edirlərsə də, nəticəsiz qalır. 1869-cu ildə usta Allahyar Balaxanıda təzə üsulla quyu qazanda on-on beş metr dərinlikdə yerin altında şiddətli gurultu, səs-küy qopduğundan, usta və fəhlələr bərk qorxuya düşüb cəld quyunu doldururlar. Yalnız üç ildən sonra 1871-ci ildə Balaxanıda texniki üsulla quyu qaza bilirlər. Bu quyu gündə 45.000 pud (700 ton) neft verir. 1863-cü ildə Cavad adlı sahibkar Suraxanıda ağ neft zavodu tikdirib istismara verir. Kokorev və Qubanin 1859-cu ildə Suraxanıda Atəşgah məbədi yaxınlığında ağ neft zavodu tikdirib işlədirlər. Neçə il sonra məşhur rus alimi Mendeleyevin məsləhəti ilə bu zavodu təkmilləşdirirlər. 1870-ci ildə Bakıda 47 zavod ağ neft emal edirdi. 1871-ci ildən əl qazması vurğu qazma üsulu ilə əvəz edilir. Bununla da get-gedə qazılan quyuların sayı və dərinliyi xeyli artır.

2. Bakıda yaranmış neft şirkətlərinin sayı aydan-aya artır, perspektivli, ümid verən torpaqların əsas hissəsi icarəçilərin əlinə keçirdi. Yadelli kapitalistlər sərvət dalınca Bakıya axışırdılar. Nobel qardaşlarının 1879-cu ildə yaratdıqları şirkət neft quyuları qazmaq və istismar etməklə bərabər, axtarış-kəşfiyyat, neft emalı, ticarəti, elmi-tədqiqat işləri ilə də məşğul olurdu. 1883-cü ildə Rotşildin nümayəndəsi Parisdən Bakıya gəlib “XəzərQara dəniz” səhmdarlar şirkətini yaradır, tez bir zamanda rus neft sənayeçisi Peşkovskinin mədən, zavod və digər müəssisələrini ələ keçirir. “Xəzər-Qara dəniz” şirkətinin planı çox geniş idi: neft məmulatı almaq, emal və ixrac etmək; əgər Nobel xırda neft sahibkarlarını neft kəmərlərilə sarımışdısa, fransızlaşmış yəhudi sərmayədarı Rotşild neft emal edən zavod sahiblərinə pul tələləri qurub, iki milyon manat avans verməklə bir neçə il əl-qollarını elə bağlamışdı ki, heç kəsə mal sata bilmirdilər. Rotşild eyni zamanda “Mazut” ticarət komissiyası yaratmışdı. Ona borclu olan zavod sahibləri ağ nefti yalnız “Mazut”a təhvil verməli idilər. Bir çoxları bu komissiyanın “fəaliyyətindən” iflas olmuşdu.

3. Neftin bütün üstünlüklərini və gələcəkdəki əhəmiyyətini yaxşı bilən imperialist dövlətlərin rəhbərləri bu misilsiz yanacağa yiyələnmək üçün planetin bütün guşələrində olan neft yataqlarını ələ keçirməyə can atırdılar. Amerikalı Son Rokfellerin “Standart oyl”, İngiltərədən Henri Deterdinqin rəhbərliyi altındakı “Royal Döyçe Şell”; fransızlardan yəhudi Rotşildin “Xəzər -Qara dəniz” və “Mazut”, isveçli “Nobel qardaşları”nın sindikatları Bakıya can atırdılar


Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin