Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Bakı neftinin tarixi bədii ədəbiyyatda


(Süleymanov M. Eşitdiklərim, oxuduqlarım, gördüklərim)



Yüklə 2,36 Mb.
səhifə6/7
tarix10.01.2022
ölçüsü2,36 Mb.
#109942
1   2   3   4   5   6   7
(Süleymanov M. Eşitdiklərim, oxuduqlarım, gördüklərim)









Süleymanov,M. Seçilmiş əsərləri: 2 cilddə. Cild I. Yerin sirri; Dalğalar qoynunda.- Bakı: Azərnəşr, 1993.-452 s.

Bu cildə əllinci illərdə neft kəşfiyyatçılarının həyatından bəhs edən “Yerin sirri” romanı, dəniz neftçilərinin qəhrəmanlıq mübarizəsindən, fədakarlığından bəhs edən “Dalğalar qoynund” romanlarıı daxil edilmişdir.





Süleymanov,M. Seçilmiş əsərləri: 2 cilddə. Cild 2. Fırtına.- Bakı: Azərnəşr, 1993.-248 s.

Kitaba yazıçının “Fırtına” romanı və hekayələri daxil edilmişdir.









Mehdi,H. Abşeron: Roman /Seçilmiş əsərləri. C.II.-Bakı: AVRASİYA PRESS, 2005.-312 s.

Mehdi Hüseynin seçilmiş əsərlərinin II cildinə ədibin Bakı neftçilərindən bəhs edən “Abşeron” romanı daxil edilib.

Ötən əsrin 60-cı illərinə qədər qaynar bir yazıçı ömrü yaşayan nasir, dramaturq, tənqidçi Mehdi Hüseynin seçilmiş əsərlərinin 11 cildinə ədibin “Abşeron” romanı daxil edilib. Bakı neftçilərindən bəhs edən bu roman bir sıra insan obrazları ilə yadda qalmış, kollektiv əməyin romantikasını əks etdirən bir əsər olaraq populyar olmuşdur. “Abşeron” romanı on illər boyunca Azərbaycan nəsrinin xarakterik nümunəsi olaraq orta və ali məktəblərdə tədris edilmiş, müxtəlif xalqların dillərinə çevrilmişdir.
Usta Ramazan Bakı mədənlərində çoxdan bəri tanınmış bir adam idi. Abşeron yarımadasında onun ayağı dəyməmiş bir yer göstərmək çətin idi. Nisbətən az təcrübəli buruq ustalarının işi çətinə düşəndə, onun yanına məsləhətə gəlirdilər. O, torpağın sirrini öz ürəyinin sirri kimi bilirdi. Heç bir təhsili yox idi, amma uzun illərin təcrübəsi sayəsində Suraxanı neft təbəqəsini Ramanı təbəqəsindən gözüyumulu fərqləndirə bilərdi.
Qüdrət ayağa qalxıb, pəncərəyə yanaşdı, dodaqlarını bir-birinə qısaraq əsnədi və yuxusuzluqdan qızarmış gözlərini pəncərədən eşiyə zillədi. Buradan neft mədənlərinin yalnız bir parçası görünürdü. Yeni tikilmiş buruqda qaldırıcı maşın təzə qazma borularını çəkib yuxarı aparır, onun yanındakı köhnə buruğun kaçalkası yorğun-yorğun enib-qalxırdı.

Bir az o yanda üçüncü mədən idarəsinin yeni salınmış birmərtəbəli binası ağarırdı. Həmin binanın böyründəki kaçalka nə üçünsə, hərəkətsiz dayanmışdı...


Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin