Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana


Əhməd bəy Cavanşirin dediklərindən



Yüklə 0,49 Mb.
səhifə13/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
1   ...   9   10   11   12   13   14   15   16   ...   69
Əhməd bəy Cavanşirin dediklərindən:

... Hakimiyyət və istiqlaliyyəti gündən-günə artmaqda olan Pənah xan, Xəmsə mahallarını özünə tabe etmək fikrinə düşdü. Ən əvvəl Çiləbörd, Talış və Dizaq məliklərilə ədavəti olan Vərəndə mahalının köhnə məliki Məlik Şahnəzər bəy mərhum Pənah xana itaət etməyi məsləhət bilib onun (təklifini) qəbul etdi və var qüvvəsilə ona dostluq və səmimiyyət göstərdi. Pənah xan da hörmət və dövlət sahibi olan belə bir böyük şəxsin itaət etməsini özü üçün xoşbəxtlik sanıb, ona qarşı hörmət və ehtiramını gündən-günə artırırdı. Xaçın mahalının məliki bir müddət düşmənçilik edərək əl-qol atdısa da, axırda (xana) tabe oldu və mərhum Pənah xan tərəfindən ata-babasından qalmış və indi də mövcud olan özünün ayrıca mül- künə təyin edildi. Bütün Xaçın əhalisi itaət edərək tapşırılan xidmətləri düzgün yerinə yetirirdilər. Dizaq, Çiləbörd və Talış məlikləri isə bir neçə il onunla düşmənçilik və dava etdilər. Axırda, qətl-qarət və lazımi tədbirlərdən sonra (onlar da) itaət etdilər...

... Pənah xan Xaçın əhalisinin fəsad və ədavətindən asudə olduqdan sonra, Xaçın mahalına ayrıca məlik təyin etdi. (Mahalın) yerdə qalan əhalisi ona itaət etdi.

(Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair / Qarabağnamələr. I kitab.)

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin