Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana



Yüklə 0,49 Mb.
səhifə21/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
1   ...   17   18   19   20   21   22   23   24   ...   69
Erməni müəllifi şahidlik edir:

1762-ci ildə Rusiya taxt-tacına çariça II Yekaterina çıxdı. O, Ermənistan və Gürcüstana maraq göstərməyə başladı . II Yekaterina Pöyük Pyotrun bu məsələ ilə bağlı fikirlərini həyata keçirməyi qərara aldı.

Bu dövrdə Rusiyadakı erməni kilsəsinin başçısı Ovsep Arqutyan idi. Arxiyepiskop Ovsep II Yekaterinanın ona olan rəğbətindən və rus sarayındakı əlaqələrindən istifadə edərək erməni xalqının arzularının ifadəçisi rolunu icra etməyə başladı.

O, daha böyük həvəslə öz sələfi arxiyepiskop Minasın izi ilə getməyə başladı. Arxiyepiskop Minas İsrael Oriy ilə birlikdə Böyük Pyotrun sarayında fəal siyasət yürüdürdü. Arxiyepiskop Ovsep Ovanes Lazaryanla əməkdaşlıq edirdi. Oriy və Lazaryan Hindistana köçmüş İsfahan ermənilərindən idilər.

İsrael Oriy fars və türklərə qarşı erməni azadlıq hərəkatının təşklatçılarından biri idi. Erməni azadlıq hərəkatına tərəfdaş tapmaq ümidilə o, Venesiya, Paris, Düsseldorf, Vyanada olmuşdu. O, 1699-cu ildə məlik Safrazla birlikdə Şərqi Ermənistanda gizli yığıncaq çağırmışdı ki, burada da Rusiyaya və bir sıra Qərb Avropa ölkələrinə köməklik üçün müraciət edilməsi qərara alınmışdı.

Moskvada rus sarayı ilə 1701-1703-cü illərdə danışıqlara başlayan Oriy Rusiyanın razılığını əldə etməyə nail olmuşdu. Bu isə Rusiya, Gürcüstan və Ermənistan (hələ mövcud olmayan dövlət) arasında hərbi-siyası birliyin əsasının qoyulması demək idi.

Polkovnk rütbəsinə qaldırılan Oriy 1704-cü ildə Avropaya göndərlmş, 1707-ci ildə isə İrana I Pyotrun xristanların vəziyyətinin yaxşılaşdırılması barədə təvəqqe məktubunu çatdıran səfir heyətinə rəhbərlik etmişdi. Lakin Rusiyaya qayıtdıqdan sonda o, öldürülmüş və Həştərxanda dəfn olunmuşdu. Orinin Rusiyanın vasitəsilə Ermənistanın azadlığı proqramı bir çox erməni siyasətçilər tərəfindən davam etdirildi.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin