Qarabağ məliklərinin bir tərəfdən rus hökuməti ilə diplomatik danışıqlar apardığı, digər tərəfdən daxil çəkişmələrin onların qüvvələrini zəifllətdiyi bir dövrdə İbrahm xan fürsəti əldən vermir və istənilən vəziyyətdən öz xeyrinə istifadə edirdi.
O, rusların hazırlaşmaları haqqında bilir, bu hazırlaşmalar ilə Qarabağ məliklərinin əməlləri arasında nəsə gizil bir əlaqənin olduğunu duyurdu. Eyni zamanda gürcü çarı İraklinin məliklərlə gizlində danışıqların aparması da ona məlum idi və bütün bunların arxasında onun hökmranlığına qarşı təhlükənin dayandığını da başa düşürdü. Bunun üçün də o, Şuşa qalasını möhkəmlətməyə və yeni təhlükələri dəf etməyə hazırlaşırdı.
Ruslar ermənilərə və gürcülərə köməklik üçün vədlər versələr də yubanırdılar. İbrahim xan isə gürcü və ermənilərin onu rusların köməyi olmadan da məğlub edəcəyini bildiyinə görə əvvəlcə gürcülərə əks-zərbə endirməyi, sonra isə ermənlərlə məşğul olmağı qərara aldı.