Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana



Yüklə 0,49 Mb.
səhifə32/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
1   ...   28   29   30   31   32   33   34   35   ...   69
Erməni müəllifi şahidlik edir:

Məlik Məcnun və məlik Abov Tiflisdə uzunmüddət qalmadılar. Öz ailələrini və torpaqlarını düşmən əlində qoymuş, çox böyük əziyyətlər çəkmiş (növbət erməni yalanı-C.Səmədova) və Tiflisdə kömək almaqdan ümidini kəsmiş hər iki məlik –Məcnun və Abov yenə nəzərlərini Rusiyadan uzaqlaşdırmır, onun kömək əli uzadacağına inanırdılar.

Onlar general-anşef Tekelliyə məktubla müraciət etdilər. Burada onlar general-poruçik Potyomkinin vədlərinə inanaraq öz talelərini Rusiyanın əllərinə verdiyi və İbrahim xanla müharibəyə başladıqları gündən etibarən düşdükləri bütün bəlaları, çəkdikləri müsibətləri təsvir edirdilər.

Erməni məlikləri yenidən imperatrisadan aşağıdakı şərtlər qarşılığında müdafiə olunmalarını istəyirdilər:

1. Zülmkarın zülmündən xilas olmaq üçün onlara heç olmasa, az sayda da olsa qoşun hssələri ilə köməklik göstərilsin. Yalnız bu halda onlar öz qüvvələrini rus döyüşkənliyi ilə birləşdirərək farsların qarşısına çıxar və Şuşa xanının hökmranlığına son qoya bilərlər. Təbəələr xahişi ilə də onların üzərində çar İraklinin nəvəsi gürcü şahzadəsi Davidin simasında və ya digər ləyaqətli şəxsin hakimyyəti bərpa olunsun.



2. Əgər əlahəzrətin lütfünə nail ola bilmirlərsə, Böyük Pyotrun təbəələri kimi hökmdarın onlara verdiyi xeyir-dualara və vədlərə əsaslanaraq onlar (bütün erməni ailələri) Dərbəndin ətraflarında və bütün Xəzər dənizi sahillərindəki ərazilərdə yerləşdirilmələrini, həmin yerlərin onların adına görə möhkəmləndirilmələrini, üsul-idarənin isə məliklərə verilməsini xahiş edirlər.”

Eyni zamanda Qarabağ məliklərinin nümayəndəsi rusiyalı sahibkar Stepan Davtyan Potyomkindən məliklərə təcili kömək göstərilməsini xahiş edir. Knyaz Dərbəndə rus təbəəliyni qəbul etmək istəyənlərə kömək məqsədilə altı batalyon göndərəcəyinə söz verir.

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin