Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana



Yüklə 0,49 Mb.
səhifə47/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
1   ...   43   44   45   46   47   48   49   50   ...   69
Erməni müəllifi şahidlik edir:

Rus qoşunlarının müsəlman Zaqafqaziyasından getmələrini tamamilə başqa cür izah edirdilər. İrandan xəbərlər gəlirdi ki, Ağaməhəmməd şah Zaqafqaziyaya yeni yürüşə hazırlaşır. Buna görə də rusların gedişi qorxaqlıq kimi qəbul edilirdi. Bu, şöhrətpərəst müsəlmanların xülyaları olsa da, rusların gedişi Zaqafqaziyanın xristianlarına, hər şeydən əvvəl isə ermənilərə böyük zərbə vurdu.

Ermənilərin rus silahının qələbəsinə canfəşanlıqla çalışmaları göz qabağında idi. Bütün vilayətlərin xanları müqavimətsiz təslim olurdular. Rusların gedişindən sonra xanlar öz qəzəblərini ilk növbədə ermənilərin üstünə tökəcəkdilər. Niyə?

Biz görürdük ki, Quba və Dərbəndin erməni əhalisi öz şəhərlərinin qapılarını rus ordusuna açdı. Yerli xan Şıxəli xanı tutub general Zubovun əlnə verdilər. Şübhəsiz ki, rusların gedişindən sonra həmin ermənilər əvvəlki yerlərində qala bilməzdilər. Məhz buna görədir ki, Dərbənd və Qubanın demək olar, bütün erməni əhalisi rus ordusu ilə birlikdə Rusiyaya getməyə məcbur oldular. Onlardan təxminən yeddi mindən çox ailəni qraf Zubov Qızlar vilayətində yerləşdirdi.

Şamaxılı Mustafa xan ruslara olan ehtiramlarına görə onları təqib etməyə başladı. O, erməniləri xana qarşı çıxmağa çağıran vardapet Ovanesi öldürməyi əmr etdi.

Yalnız İbrahim xan öz ürəyində Qarabağ məliklərinə nifrət hissini saxlayaraq sakitcə gözləyirdi. Çünki bir tərəfdən Ağaməhəmməd şahın Qarabağa yeni hücumu gözlənilirdi, digər tərəfdən isə Ağaməhəmmət şahla birləşərək Şuşa qalasını mühasirə edən məlik Məcnundan qisas almaq fikrində idi. Bunun üçünsə hələlik onun tərəfində olan məliklərin köməyinə ehtiyacı vardı.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin