Hələ 1783-cü il apreln 6-da müstəqil erməni knyazlığının rəhbəri olmaq xülyasına düşən knyaz Qriqoriy Aleksandroviç Potyomkin Qafqazdakı rus ordusunun o zamankı rəhbəri general-poruçik Pavel Sergeyeviç Potyomkinə şuşalı İbrahim xanı devirmək və erməni məliklərinə Qarabağda müstəqil erməni knyazlığı yaratmağa kömək etmək səlahiyyəti verən order imzalamışdı. Həmin əmr 1783-cü ilin 9 may tarixli orderində də təkrar olunmuşdu. Burada general-poruçik Potyomkinə Rusiyanın ali hökmranlığı altında güclü xristian dövlətinin yaradılmasında ermənləri həvəsləndrmək tövsiyə olunmuşdu.
Bütün bunlar haqqında Qarabağ məlikləri, Gəncə katalkosu Ovanes və Eçmiadzin katalkosu bilirdilər. Qarabağ məlikləri Qarabağa hücum zamanı rus ordusunu ən zəruri vasitələrlə təmin etməklə yanaşı, öz qüvvələrini də onlarla birləşdirməyi də vəd etmişdilər.
Hərbi əməliyyatların 1784-cü ilin yayında başlanması nəzərdə tutulmuşdu. General-poruçik Potyomkin farslarla müharibəyə hazır idi. Bu zaman onun yanına Qarabağ məliklərinin elçisi Stepan Davtyan gəldi. O, ermənilərin hazırlığı və Zaqafqaziyadakı siyasi vəziyyət haqqında məlumat gətirmişdi. O, fəal xidmətinə görə baş mayor rütbəsinə qaldırıldı.
Qarabağ məlikləri müsəlmanlarla müharibəni başlamaq üçün 1784-cü ilin yayını və general-poruçik Potyomkinin qoşunlarının gəlməsini gözləyirdilər. Lakin bir il də keçdi, vəd edilən köməklik isə gəlmədi.