Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana


Mirzə Adıgözəl bəyin dediklərindən



Yüklə 0,49 Mb.
səhifə62/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
1   ...   58   59   60   61   62   63   64   65   ...   69
Mirzə Adıgözəl bəyin dediklərindən:

Bu əsnada qarabağlı Məhəmmədrəfi bəy, Ağa Məhəmməd şahın başını gətirdi. Onun öldürülməsi xəbərini Balakəndə uca şanlı behiştlik xana yetirdi. Bu hadisənin təfsilatı belədir: Ağa Məhəmməd şahın Şuşa şəhərinə daxil olmasından bir həftə keçmişdi. Bir gecə yaxın adamlarından və nədimlərindən Səfərəli bəy və Abbas bəyə (gördükləri) əhəmiyyətsiz bir xətadan ötrü dedi: "Səhərçağı, fələkin qüdrətli padşahı - işıqlı günəş, cəsədsiz başını məşriqdən çıxardar. Fələkin mina rəngli ətəyini (üfüqü) gül təki qızardar. Mən də sizin başınızı - baxanlara ibrət olmaq üçün - alçaq olan vücudunuzdan bir cida boyu ayırram. Gül rəngli qanınızla Qarabağ gülzarını laləzara çevirrəm". Onlar yəqin bilirdilər ki, Ağa Məhəmməd şah sözünü dəyişməz. Vasitəçilərin isti nəfəsi onun dəmir kimi olan soyuq ürəyinə təsir etməz. Çarəsiz qalıb haman gecə onun işini bitirmək fikrinə düşdülər. Səhərə yaxın Ağa Məhəmməd şah yuxunun bihuş edən piyaləsindən xumarlanmaqda idi. Onlar hərəmsaraya daxil oldular. Qan saçan xəncərlə onun cəsədini Davudun zirehitək deşik-deşik etdilər. Şahın qaş-daşla bəzədilmiş bazubənd, tac və həmailini götürüb özlərini Şəqaqi Sadıq xanın yanına yetirdilər. Əhvalatı olduğu kimi ona bildirdilər. Sadıq xan onların sözlərinə inanmadı və dediklərinə etimad etmədi; çünki o, öz barəsində şahdan xatircəm olmayıb həmişə qorxuda idi. Buna görə, onların sözlərini Ağa Məhəmməd şahın hiyləsi hesab etdi. Axırda qəliz andlar içib Sadıq xanı inandırdılar. Onu min qorxu və vahimə ilə İbrahim xanın oğlu mərhum Məhəmmədhəsən ağanın imarətində olan Ağa Məhəmməd şahın mənzilinə gətirdilər. Əvvəlcə Səfərəli bəy otağa girdi. Yorğanın ucunu şahın üstündən qaldırdı. Yenə od yağdıran xəncərilə onun sinəsindən qan çayları axıtdı. Sadıq xan bu halı görcək, tab və taqətdən düşdü. Dərhal bazubənd, tac və həmaili götürüb öz mənzilinə gəldi. Şəqaqi qoşunlarını yığıb Qaladan köçdükdə dedi: "Şah məni İbrahim xanın ardınca göndərir". Şahın qatillərindən Abbas bəyi özü ilə bərabər apardı. Səfərəli bəy isə Qalada qaldı. Sadıq xan qaladan çıxandan iki saat sonra, şahın öldürülməsi xəbəri şəhərə yayıldı. Qızılbaş xanları bu hadisədən qorxuya düşüb özlərini itirdilər. Hər biri öz adamları ilə dəstə-dəstə qaçıb dağıldılar. Şəhər əhalisi tam bir izdiham və ümumi bir hücumla şahın yaşadığı imarətə daxil oldu. Qızılbaş qoşunundan əsir düşənləri soyundurdular... Bu zaman, mərhum İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy imarətə daxil oldu. Şahlıq xəzinəsinə aid şeylərin yerdə qalanlarını zəbt etdi. Qızıl-gümüş qabları, alətləri və qiymətli cavahiratı mərhum Məhəmmədhəsən ağanın imarətindən öz sarayına göndərdi. Səltənət və riyasət işilə məşğul oldu. Ağa Məhəmməd şahın başını da Məhəmmədrəfi bəylə Balakənə göndərdi. Behiştlik İbrahim xan, Ağa Məhəmməd şahın təhlükəsindən asudə olunca, onun başını bir sovqat kimi Gürcüstan valisinə göndərdi. Bir neçə gündən sonra öz igid oğlu və vəliəhdi cənab Mehdiqulu ağanı Qarabağa göndərdi ki, əhalisini sakit edib şəhərdə asayiş bərpa etsin. Onun ardınca ən böyük oğlu Məhəmmədhəsən ağanı da Qarabağ tərəfinə göndərdi... Bir neçə müddətdən sonra, behiştlik xan özü də Qarabağa gəldi və keçmişdə olduğu kimi, yenə hökumət taxtında oturdu...


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin