Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana



Yüklə 0,49 Mb.
səhifə67/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
1   ...   61   62   63   64   65   66   67   68   69
(Raffi Erməni məliklikləri)
Rzaqulu bəy Mirzə Camal oğlunun dediklərindən:

... O gecə on yeddi adam, o cümlədən İbrahim xan, arvadı Tuba xanım, qızı Səltənət bəyim, on iki yaşlı oğlu Kəbirli Abbasqulu ağa, Hacı Hacan, Əli bəy, Mirzə Haqverdi, qərvəndli Hümmət bəy, sarıcalı Külməli bəyin oğulları Cavanşir və Həsən ağa, nökərlərdən qərvəndli Əlipənah, əfşarlı Cavanşir və Mirzə Nəqi, kəbirli Əcəməlinin oğlu Hacı Həsən iki oğlu ilə, iki nəfər şelli və iki başqa adam öldürülmüşdür.

General-mayor Mehdiqulu xan və polkovnik Cəfərqulu ağa qalanın içində idilər. Onlardan yüksək (rus) dövlətinə bəslədikləri səmimiyyət qaydaların poza biləcək heç bir hərəkət baş vermədi. Əksinə, qorxuya düşmüş xalqı sakitləşdirməyə çalışır, heç bir işdə cənab mayorun ziddinə getmirdi. Taxıl və ərzağın qıtlığına baxmayaraq, qoşun üçün azuqə tədarük etməyə çalışırdılar. Qızılbaş qoşunu naibüssəltənə Abbas Mirzə ilə Ağoğlanda yerləşmişdi. Mərhum İbrahim xanın başına gələn kədərli hadisədən on beş gün keçməmiş general Nebalsin qoşun və topxana ilə Şahbulağında göründü. Mehdiqulu xan qoşunun gəldiyini eşitcək Qarabağın adlı-sanlı atlıları, xidmətçiləri və bir neçə bəyzadə ilə, Qızılbaş qoşununun ətrafı və yolları tutduğuna baxmayaraq, qaladan çıxıb general Nebalsinin xidmətinə gələrək, rus qoşununa qovuşdu. Qoşun, Əsgəran qalası yaxınlığında ordu qurdu. Polkovnik Cəfərqulu ağa, mayor və yeger dəstəsi ilə qalanı qorumaq üçün (Şuşa) qalasında qalmışdılar.

(Rzaqulu bəy Mirzə Camal oğlu Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri /Qarabağnamələr. II kitab)

Əlavə: Çox təəssüf ki, İbrahim xanın oğlu Mehdiqulu xanın da taleyi açı oldu. Erməni məliklərinin təhrikilə xan öz vətənini qoyb getməli oldu. Ailəsi ilə birlikdə Rusiyaya sürgün edilmək qorxusu onu vətənindən uzaqlaşdırdı. Qaladan çıxdıqdan sonra isə xaincəsinə qətlə yetirildi.

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin