Azərbaycanın digər xanlıqlarının məhvində ermənilərin rolu əvəzsiz olmuşdur. General-leytenant A.P.Şerbatov general Yermolovun Şimali Azərbaycan xanlıqlarındakı üsul-idarəsini qısa şəkildə təsvir edərək belə qiymətləndirirdi: “Xanlıqarın aradan qaldırılması üsulunun özü rus hökumətinin ləyaqətinə uyğun gəlmirdi və ikncidərəcəli şəxslərin sayəsində demək olar ki, həmişə törədlən vəhşiliklər gizlədilir və başqa ad altında verilirdi.. Məsələn, üç sərhədyanı xanlığın idarəçiliyini həyata keçirən general Mədətovun (millyyətcə erməni) səylər nəticəsində Şirvan xanı Mustafa xan İrana qaçdı. Onun böyük xəzinəsi isə bütünlüklə general-mayor knyaz Mədətovun özü və onun köməkçisi pristav Mokeyev tərəfindən yağmalandı.”
Qafqazda yaşayan dövrün digər müasirlərindən birinin yazdığına görə isə deyilir: “Mustafa xanın zəngin mülklərindən qovulmasından sonra pula həris olan ermənilər və gürcülər bütün vəzifələri tutdular. Xanlıqda oğurluq və qarət davam edirdi. Talış xanlığı rus pristavı mayor İlyinski tərəfindən davamlı olaraq talanırdı. Nuxa şəhərində xanların qovulması işində xüsusi canfəşanlıq göstərən qeneral-mayor knyaz Mədətov Şəki xanı İsmayılı zəhərlədi və eyni zamanda, Qarabağda Mehdiqulu xanı Şahnəzərova “məxsus olan torpaq və kəndlərini” onun adına təsdqiləməyə məcbur etdi. Bu torpaqları ələ keçirdikdən sonra Mehdqiulu xanı İrana getmək üçün dilə tutdu. Sonra isə o, həmin ərazilərini hesabına öz torpaqlarını genişləndirdi və 300 türk ailəsini Qarabağdan Şirvana qovdu.
(Ханы карабахские: происхождение рода, подчинение ...-www.cyberleninka.ru › article › hany-karabahskie-proishozh...)