Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana


Rzaqulu bəy Mirzə Camal oğluunun dediklərindən



Yüklə 0,49 Mb.
səhifə8/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
1   ...   4   5   6   7   8   9   10   11   ...   69
Rzaqulu bəy Mirzə Camal oğluunun dediklərindən:

Mərhum İbrahim xan qarabuğdayı, iri cüssəli, uzunboylu, gözəl əndamlı bir kişi idi. Boyu o qədər uca idi ki, ayaq üstündə duranda başqa adamların hamısından tez gözə çarpardı.

Mərhum İbrahim xan qəribləri dost tutan, qonaqpərəst, yetimpərəst, qeyrətli, ürəkli, çörək verən, səxavətli bir adam idi. Mərhum İbrahim xan çox əliaçıq idi. O çoxlu sədəqə, nəzir və çörək verərdi. Alimlərə və seyidlərə olduqca hörmət edərdi. Ətrafın: Azərbaycan, Şirvan və sair vilayətlərin xanları və bəyzadələrindən hər kəs ondan kömək istəyib, ona pənah aparsa idi, o adamların xahişlərini yerinə yetirməyə çalışardı. Onları məqsədlərinə nail edərdi. Gözəl qadınlarla söhbət etməyi çox sevərdi. Yaxşı at və qəşəng ilxı saxlardı. Xanın ilxısındakı atlar o dərəcədə yaxşı idi ki, hətta İran və Türkiyə vilayətlərində şöhrət tapmışdılar. O atların çoxu mərhum Nadir şahın Azərbaycan, Şahsevən, Şəqaqi, Türkmən və Xorasan xanlarından alıb, topladığı atların cinsindən idi. Cins ayqırlardan başqa 3500, bəlkə daha çox balalayan doğar madyan at saxlardı. Özünəməxsus olan qoyun sürülərinin mal və camışının sayı-hesabı yox idi.

(Rzaqulu bəy Mirzə Camal oğlu. Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri / Qrabağnamələr. II kitab)

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin