4. Əliyev, F., Həsənov, U. İrəvan xanlığı.-Bakı: Şərq-Qərb, 2007.-141 s.
Kitabda müstəqil dövlət qurumuna cevrilməzdən əvvəl mürəkkəb və uzun yol kecmiş İrəvan xanlıgınin yaranması, ictimai-iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında göstərilir.
5. İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi.- Bakı: Elm, 2018.-616 s. (Vətən tarixi layihəsi)
Bu kitabda görkəmli Azərbaycan sərkərdəsi Nadir şahın yaratdığı Əfşar imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərindən - İrəvan xanlığından (1747-1828) bəhs olunur. Əsərdə İrəvan xanlığının XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi, böyük çətinliklə Rusiya imperiyası tərəfindən işğal edilməsi, ən əsası isə işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülməsi geniş əksini tapmışdır.
Dostları ilə paylaş: |