8. Mirzəyev, H.İ. Dərələyəz folkloru.- Bakı: Elm, 2006.-768 s.
Bu cilddə professor Həsən Mirzəyevin Qərbi Azərbaycanın Dərələyəz mahalından toplayıb tərtib etdiyi folklor nümunələri verilmişdir.
9. Muradov, V. Azərbaycan xalçaları. İrəvan qrupu.- Bakı: Elm, 2011.-278 s.
Kitab "Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı böyük layihədən olan İrəvan qrupuna həsr edilmişdir. Burada Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın (İndiki Ermənistanın) tarixinə nəzər salınır, İrəvan qrupu xalçalarının xarakteristikasından bəhs olunur, 102 nadir xalçanın şəkil və təsviri verilir. Kitabda verilmiş hər bir xalçanın çeşnisi, rəng ahəngi, semantikası, insanların ətraf mühitə və inkişafa dair fəlsəfi baxışları onların Azərbaycan gerçəkliyinin əks olunduğunu qəti şəkildə ortaya qoyur.
Dostları ilə paylaş: |