Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana “Kitabi-Dədə Qorqud” dastanı ilə tarixə səyahət



Yüklə 1,99 Mb.
səhifə13/14
tarix10.01.2022
ölçüsü1,99 Mb.
#109059
1   ...   6   7   8   9   10   11   12   13   14
Dastandan parça: “Deyilәnə görә, xanım, Trabzon tәkürü bәylәr bәyi olan Qazan xana bir şaһin göndərmişdi. Bir gecə yeyib-içib oturarkən şaһinçibaşıya dedi:

“Әyә, sabaһ şaһinlәri götür, xәlvәtçә ova çıxaq!” Sәһәr erkәn atlara minib, ov yerinә getdilәr. Bir sürü qaz gördülәr, Qazan şaһini buraxdı, qazları ovlaya bilmәdi. Şaһin uçub göyә qalxdı. Gözlәdilәr, şaһin Tumanın qalasına endi. Qazan çox pәrt oldu. Şaһinin ardınca düşdü, dәrә-tәpә aşdı. Kafir elinә gәldi. Gedәrkәn Qazanın gözünü yuxu tutdu..... Tәkür әdam göndәrdi ki, kim olduğunu bilin!Gәlәnlər bildi ki, bunlar oğuzlardandır. Gәlib tәkürә xәbәr verdilәr. Tәkur dә dәrһal qoşunu yığdı, bunların üzәrinә gәldi. Qazanın bәylәri baxıb gördülər ki, düşmәn gәlir, dedilәr: “Qazanı qoyub getsәk, evindә bizi qırarlar. Yaxşısı budur ki, burada qırılaq!” Kafiri qarşıladılar, döyüşdülər, Qazanın iyirmi beş bәyini һәlak etdilәr: Qazanın üstünә düşdülәr. Yatdığı yerdә tutdular. Әl-ayağını bәrk bağladılar, bir arabaya qoyub, ərkәnlә möһkәm sarıdılar. Arabanı çәkib, yola düşdülәr.”




İç Oğuza Daş Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy”

Axırıncı boy oğuzların bir- biri ilə müharibəsindən bəhs edir. Bir sıra boyların qəhrəmanı Qazan xan öz evini yağmalatdırır. Bu mərasimdə hamı iştirak etməli idi. Lakin Dış Oğuz bəylərindən Aruz, Əmən və başqaları iştirak etmədiklərindən Qazan xandan qisas almaq istəyirlər. Onlar Bamsı Beyrəyi öldürürlər. Qazan xanın başçılığı ilə İç Oğuz bəyləri ilə müharibəyə başlayır. Bu savaşda Aruz öldürülür. Kitabi-Dədə Qorqud”da Qazan xanın evinin yağmalandırılması səciyyəvidir. Bu epizod zahiri effekt deyil, dərin məna daşıyır. Habelə burada hakimiyyət uğrunda mübarizə məsələsinə də rast gəlirik. Lakin eposda Qazan xan oğuzların yeganə və əvəzsiz xanıdır. Aruz qoca bu toxunulmaz hakimiyyətə qarşı çıxdığından öz cəzasını alır.


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin