Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana “Kitabi-Dədə Qorqud” dastanı ilə tarixə səyahət



Yüklə 1,99 Mb.
səhifə7/14
tarix10.01.2022
ölçüsü1,99 Mb.
#109059
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Dastandan parça: “Deyilәnә görә, oğuzların arasında Duxa qoca oğlu Dәli Domrul deyilәn bir igid vardı. Quru bir çayın üzәrindә bir körpü saldırmışdı. Körpüdәn keçәndәn otuz üç axça, keçmәk istәmәyәndәn qırx axça alırdı. Bunu niyә belә edirdi? Ona görә ki, «Mәndən cәsur, mәndәn güclu bir igid varmı ki, çıxıb mәnimlә savaşsın?»—deyirdi; «mәnim cәsurluğumun, pәһlәvanlıq vә igidliyimin şöһrәti Ruma, Şama gedib çatmışdır»,-deyirdi. Bir gün körpünun yanında obanın bir bölük camaatı çadır qurmuşdu. Hәmin obada bir gözәl igid xәstәlәnmişdi. Allaһın əmri ilә o igid öldü. Kimi «oğul» deyә, kimi «qardaş» deyә ağladı. O igidin üstündә bәrk qara şivən qopdu. Gözlәnilmәdәn Dәli Domrul çaparaq yetişdi; dedi: «Ay әblәhlәr, nә ağlayırsız? Mәnim körpümün yanında bu hay-küy nәdir, niyә şivәn salmısız?» «Xan, bir yaxşı igidimiz öldü, ona ağlayırıq», dedilәr. Dәli Domrul dedi: «Aya, igidinizi kim öldürdü?» Dedilәr: «Vallah, igid bәy, Allah-taaladan buyruq oldu. Al qanadlı Әzrayıl o igidin canını aldı». Dәli Domrul dedi: «Eh, Әzrayıl dediyiniz nә kişidir ki, adamın canını alır? Ya qadir Allah, birliyin, varlığın xatirinә, Әzrayılı mәnim gözümә göstәr, vuruşum, gülәşim, döyüşüm-yaxşı igidlәrin canını almasın». Dәli Domrul qayıtdı, evinә gәldi.”





Qanlı qoca oğlu Qanturalı boyu”

Bu boyda qəhrəmanın uzaq ellərərdə özünə əfsanəvi gözəl axtarmaq arzusu və igidliyi qəhrəmanlıq dastanlarını xatırladır. Bu boyda Oğuz ərinin kafir qızı ilə evlənməsi yeganə haldır. Boyun məzmunu belədir: Qanlı Qoca Qanturalını evləndirmək istəyir, ancaq ona layiq qız tapmır. Qanturalı Selcan xatunun eşqi ilə Trabzona yola düşür. Lakin qızın atası şərt qoyur ki, kim aslana, qara buğaya və qara dəvəyə qalib gəlsə , qızını ona verəcəkdir. Qanturalı üç vəhşi heyvana qalib gəlir. Bundan sonra toy olur, Qanturalı Selcan xatunla Oğuz elinə yola düşür. Yolda qızın atasının göndərdiyi adamlar qızı yenidən qaytarmaq istəyirlər. Bu savaşda Qanturalı qalib çıxır.


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin