Dastandan parça: “Oğuzların vaxtında Qanlı qoca deyilәn bir müdrik kişi vardı. Bir igid oğlu vardı. Adına Qanturalı deyirdilәr. Qanlı qoca dedi: “Dostlar, atam öldü, mәn qaldım. Yerini-yurdunu tutdum. Sabahkı gün mәn ölәrәm, oğlum qalar. Bundan yaxşı nә ola bilәr ki, oğul, nә qәdәr ki, sağam, gәl sәni evlәndirim!” Oğlan dedi: “Ata, mәni evlәndirmәk istәyirsәnsә, bilirsәnmi mәnә layiq qız necә olmalıdır?.. Mәn yerimdәn durmadan o durmuş olsun! Mәn Qaracıq atıma minmәdәn o minmiş olsun! Mәn qanlı kafir elinә getmәmiş o gedib mәnә baş gәtirmiş olsun!” Qanlı qoca dedi: “Oğul, sən qız istәmirsәnmiş, bir cәsur pәһlәvan istәyirsәnmiş, onun arxasında yeyәsәn-içәsәn, gününü xoş keçirәsәn!” Dedi: “Bәli, ata can, elәsini istəyirәm. Bәs gedәsәn, bir cici-mici türkmən qızını alasan, birdәn sürüşüb üzәrinә düşәm, qarnı yırtıla?” Qanlı qoca dedi: “Oğul, qız tapmaq sәndәn, mal-pul xәrclәmәk mәndәn!” Atası belә deyәndә igidlәr igidi Qanturalı durdu. Qırx igidini özü ilә götürdü, İç Oğuzu gәzdi, qız tapa bilmәdi, qayıtdı, geri döndü. Evlәrinә gәldi.”
“Qazılıq qoca oğlu Yeynək boyu”
Bu boydakı hadisələrin tarixi VII – VIII əsirlərə aiddir. Boyda əsas mövzu gənc Yeynəyin igidlik göstərib atasını əsirlikdən qurtarmasından ibarətdir. Hadisələr Qara dənizin ətrafında yerləşən Düzümrüd qalasında baş verir. Bayandır xan Yeynəyə kömək üçün 24 soydan 24 igid göndərir. Boyun qəhrəmanı Yeynək oğuzlar içərisində islam dinini Məhəmməd peyğəmbərdən qəbul edən Əmənlə söhbət edir. Yeynək atasını qurtarmağa gedərkən dayısı Əmənlə görüşür.
Dostları ilə paylaş: |