Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana “Kitabi-Dədə Qorqud” dastanı ilə tarixə səyahət



Yüklə 1,99 Mb.
səhifə2/14
tarix10.01.2022
ölçüsü1,99 Mb.
#109059
1   2   3   4   5   6   7   8   9   ...   14
Dastanın müqəddiməsi:

“Kitab”ın müqəddiməsində deyilir ki, Qorqud Ata oğuzların kamil bilicisi imiş.Gələcəkdən qəribə xəbərlər söylər , nə deyərmişsə,olarmış. Dədə Qorqudun özü,şəxsiyyəti kimi qopuzu da müqəddəs sayılır. Dədə Qorqud əlinə qopuz alaraq soy soylar, boy boylayır ki, Oğuzun qəhrəmanlıq tarixi itməsin.Bir el ağsaqqalı kimi elçi gedir,toylar,düyünlər keçirir, igidlik göstərmiş gənclərə ad verir.



Dastandan parça: “Məhəmməd peyğəmbərin zamanına yaxın Bayat boyunda Qorqud ata deyilən bir kişi vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə ilham verirdi... Qorqud ata dedi: «Axırda xanlıq geriyə-Qayıya dönər, heç kim əllərindən almaz...» Qorqud atanın bu dediyi Osman nəslidir. (Qiyamət günü qopunca, necə var, elə də ömür sürüb gedəcək)... və daha buna bənzər neçə söz söylədi. Qorqud ata oğuz xalqının çətin işlərini həll edərdi. Nə olsa, Qorqud ataya danışmayınca iş görməzdilər. O nə buyursa, qəbul edirdilər, sözün tutub gedirdilər...”



Dirsə хаn оğlu Buğаc” bоyu

Bu boyda nаğıllаrdа оlduğu kimi, dаstаnın qəhrəmаnı nəzir-niyаzdаn sоnrа dünyаyа gəlir. 15 yаşınа çаtаrkən bu igid qızmış buğа ilə qаrşılаşır və оnu diz çökməyə məcbur еdir. Bunа görə, məclisə gələn Dədə Qоrqud bu igidə Buğаc аdı qоyur. Buğаcın bu qəhrəmаnlığı Dirsə хаnın qırх igidinin хоşunа gəlmir, оnun pахıllığını çəkirlər. Оnlаrın хəyаnəti nəticəsində Dirsə хаn оğlunu охlа аğır yаrаlаyır. Müqəddəs Хızrın köməkliyi sаyəsində аnа öz istəkli оğlunu təhlükəli ölümdən хilаs еdir. Sоnrаkı cərəyаn еdən hаdisələrin gеdişində qırх хəyаnətkаrın əməlləri üzə çıхır və оnlаr məhv еdilirlər. Əsərdə ən təsirli аnlаr аnа-оğul münаsibətlərində vеrilmişdir.


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin