Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Faktların məntiqi təhlili: Elxan Elatlı ilə görüş elektron kitab səRGİSİ



Yüklə 2,01 Mb.
səhifə1/17
tarix10.01.2022
ölçüsü2,01 Mb.
#109343
  1   2   3   4   5   6   7   8   9   ...   17

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana

Faktların məntiqi təhlili: Elxan Elatlı ilə görüş

ELEKTRON KİTAB SƏRGİSİ

Mənim ən böyük qazancım oxucularımdır”.



Elxan Elatlı

Elxan Elatlı müasir Azərbaycan ədəbiyyatında əsası Cəmşid Əmirovun “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara volqa”, “Şəhər yatarkən” kimi əsərləri ilə qoyulan detektiv janrının tanınmış nümayəndələrindən biridir. O, oxucular tərəfndən ən çox sevilən və mütaliə edilən yazıçılardandır.

Detektv janrında maraqlı romanların müəllifi kimi tanıdığımız Elxan Elatlı yaradıcılığa şeirlə başlamışdır. Onun indiyədək işıq üzü görən kitablarının dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı (“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. “Qan ləkəsi”, “Xəyanət”, “Bakıdan gələn xəfiyyə”, “İtmiş qızın axtarışı”, “Dilənçi qadının sirri”, “Cəhənnəmdən gələn səs”, “Pəncərədə görünən kölgə”, “Görünməyən izlər”, “Qisas gecəsi”, “Arxalı canavar”, “Ələkeçməz yaquar”, “Ən yaxın planet”, “Seçilmiş cəza”, “Adsız tablo” adlı bir çox romanların müəllifidir.

“Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

Millilik onun əsərlərinin və uğurlarının əsas xəttidir. Yazııçının özü bu haqda deyir: “Mən məxsusi olaraq buna çalışmıram. Sadəcə qəlbən milli bir insanam. Xarici ədəbiyyatı az oxumuşam. Bunu uğur kimi təqdim etmək bir az gülməli olar. Balansı gözləyirəm və bu bilərəkdən olmur. Sadəcə uşaq, yeniyetmə vaxtı Azərbaycan dilinə tərcümə olunan dünya uşaq ədəbiyyatını oxumuşam. Şərq ədəbiyyatından da oxuduqlarım çox olub. Oxuduğum kitablar mənim ruhumu düzgün saxlayıb. İnsan öz milliliyindən, kimliyindən kənara çıxanda çox əcaib görünür. Bu gün mən ingilis həyatından hər hansı əsər yazaram. Əlbəttə ingilis kimi yaza bilmərəm, quru alınar. İstedadım lap çox olsa, bir çox ingilisdən yaxşı yazaram. Amma yenə də onun kökündə təbiilik olmayacaq.”

Elxan Elatlı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Bu gün məni ona görə oxuyurlar ki, Azərbaycan xalqının ruhu nədirsə, ona uyğun yazıram. Biz öz ruhumuzu dəyişə bilmərik.”

Elxan Elatlı






Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin