Elatlı,E. Qisas gecəsi: roman.- Bakı: “İdeal-Print”, 2011. - 176 s.
Əsasən dedektiv əsərlər müəllifi kimi tanınıb sevilən Elxan Elatlının "Qisas gecəsi" romanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs edir. Roman gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində öz müsbət rolunu oynamağa qadirdir.
“Mübarizin özünü, xarakterini var qüvvəmlə çalışmışam ki, olduğu kimi verim. Onu çox ətraflı araşdırmışam və hətta əsərdə onun ən çox istifadə etdiyi sözləri də işlətmişəm, məsələn “Həqiqi?” sözünü. Onun xarakterində çox kiçik dəyişiklik etmişəm. Mübariz çox vətənpərvər insan idi.”
Elxan Elatlı
“- Mübariz İbrahimov haqqında “Qisas gecəsi” adlı roman yazmısınız. Necə oldu ki, bu qəhrəman haqqında kitab yazmaq qərarına gəldiniz?
- Hamı kimi, mən də onun qəhrəmanlığından təsirləndim. Mübariz öz qəhrəmanlığı ilə qeyri-adi şəkildə bütün xalqı silkələdi. Etiraf edək ki, başımız məişət problemlərinə, şoulara çox qarışmışdı. Ancaq Mübariz hamını ayıltdı. Bütün bunları düşünəndə onun haqqında əsər yazmaq istədim, amma nədənsə tərəddüd etdim. Elə mən bu fikirlərdə ikən oxucularım məndən onun haqqında roman yazmağı xahiş etdilər. Mübarizin atası ilə görüşəndən sonra “Qisas gecəsi”nə başladım.”
Dostları ilə paylaş: |