Elxan Elatlı ilə müsahibələrdən (Zaman.-2011.- 23-
24 iyun.- S.12.
Elatlı, E. Mərtəbələr: Psixoloji roman. - Bakı: Elgün, 2014. - 248 s.
Roman günümüzdə hər bir kəsi düşündürən pul, qazanc və bununla bağlı formalaşan maddi həyat səviyyəsindən bəhs edir. Eyni zamanda, əsərdə müxtəlif insanların namus, vicdan, düzlük kimi mənəvi dəyərlərə olan fərqli baxışlarına da rast gəlinir.
“- Yaradıcılığa şeir, hekayə ilə başladınız. Detektiv janrı ilə tanındınız. Gələcəkdə yaradıcı istiqamətinizi dəyişməyi düşünürsünüzmü?
- İki dəfə detektivdən başqa janra keçmişəm. “Mərtəbələr” romanı qətiyyən detektiv deyil. Çox istərdim ki, bu romandan film çəkilsin. Rejissor yaxşı olarsa, xarici ölkələrə çıxarılmalı film ola bilər. Bir də “Eksperiment” adlı roman nəşrə hazırlanır. 10 ildir o romanı düşünürdüm. Bəzən yazmağa cəsarət etməmişəm, bəzən yazmışam, yarımçıq qalırdı. Yaxın aylarda çap olunacaq. Qəti detektiv deyil. “Mərtəbələr” və “Eksperiment”i şah əsərlərim sayıram.”
Dostları ilə paylaş: |