Elatlı,E. Bakıdan gələn xəfiyyə: roman.-Bakı: MBM-R, 2009.-246 s.
Müəllifin psixoloji detektiv janrında qələmə aldığı "Bakıdan gələn xəfiyyə" romanı Rusiyada baş verən cinayətin təhqiqatından bəhs etsə də, burada bir-birindən kəskin fərqlənən müxtəlif insan surətləri yaradılmışdır. Əsərdə məhəbbət, insanlar arasında qarşılıqlı anlaşma, mənəvi təmizlik ön plana çəkilmişdir. Rusiyanın kiçik şəhərində baş vermiş sirli cinayətdə bir Azərbaycan türkü ittiham edilir. Bununla əlaqədar həmin şəhərdə milli ədavət qızışır. Nahaqdan təqib olunan, incidilən Azərbaycan türkləri çarəsiz durumda qalıb, doğma dövlətlərindən kömək istəyirlər. Azərbaycan baş vermiş cinayəti araşdırıb həqiqi qatili tapmaq və bununla yaranmaqda olan milli ədavətə son qoymaq üçün məşhur cinayət-axtarış eksperti polkovnik Qanbay Qasımlını həmin şəhərə göndərir...
“Uzaq Sibirin kiçik və sakit şəhərlərindən biri…
Amma üç-dörd gün idi ki, buranın sakitliyi pozulmuşdu. Tində-bucaqda qorxulu söz-söhbətlər dolaşırdı. Adamlar ardıcıl olaraq törədilmiş müəmmalı cinayətlərdən danışırdılar. Şəhərdə yaşayan azərbaycanlılar gecələr narahat yatır, gündüzlər isə qorxudan küçəyə çıxmağa ehtiyat edirdilər…”
Dostları ilə paylaş: |