Elatlı,E. O gecə yağış yağırdı: povestlər, hekayələr.- Bakı: Qanun, 2015.-339 s.
Azərbaycan milli detektivində öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu kitabdakı əsərləri klassik detektivin maraqlı nümunələri hesab edilə bilər.
“Keçən il sentyabrın 14-ü idi. Yorğun olduğum üçün axşam tez yatmaq istəyirdim. Yatmazdan əvvəl darvazanın bağlandığını yoxlamaq üçün həyətə düşdüm.
Başımı qaldırıb qaranlıq səmaya baxdım. Göyün üzü açıq idi. Başımın üstündə ulduzlar sayrışırdı. Ancaq bununla belə, havada soyuq bir rütubət var idi. Polis sahə müvəkkili işlədiyim dağ kəndləri səmtinə baxanda bunun səbəbini başa düşdüm. Orada göyün üzü qatı buludlarla örtülmüşdü. Ara-sıra uzaqlarda çaxan ildırım baş-başa vermiş dağların silueti ilə onların üstündə toplanmış buludların kölgəsini birləşdirib əsrarəngiz mənzərə yaradırdı...”
“Bu xəbər mənə çox pis təsir elədi. Mikayıl müəllim həqiqətən yaxşı adam idi. Demək olar ki, aramızda dostluq münasibəti də yaranmışdı. Çox vaxt kəndə gedəndə onun evində çay içirdim. Həm də ki, belə bir hadisə mənim sahə müvəkkili işlədiyim bir il müddətində və bildiyimə görə ümumiyyətlə, Qaradumanlı kəndində heç vaxt baş verməmişdi. Bu hadisə həmin sakit kənddə baş verən ilk ağır cinayət hadisəsi idi....”
Dostları ilə paylaş: |