Elatlı,E. Qanunsuz əməliyyat: detektiv roman.-Bakı: TEAS Press, 2018.-366 s.
Elxan Elatlının “Qanunsuz əməliyyat” detektiv-macəra romanında söhbət 24 il əvvəl baş vermiş qətlin məxfi agent Gültən Dəmirli tərəfindən yenidən araşdırılmasından və şəhərdə təxribatlar törədən mütəşəkkil terrorçu dəstənin zərərsizləşdirilməsindən getsə də, burada anaya və vətənə məhəbbət, mürəkkəb ailə münasibətləri, qadın psixologiyası, düşmənə nifrət, intiqam eşqi və digər məsələlərə də kifayət qədər yer ayrılıb.
Elatlı,E. On dördüncü adam: detektiv məhəbbət romanı.- Bakı: TEAS Press, 2018.-330 s.
“On dördüncü adam” romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib.
Elatlı, E. Qanbay Qasımlının xəfiyyələri: detektiv roman.-Bakı: TEAS Press, 2019.-388 s.
Roman bir sıra dəhşətli faktlar üzə çıxır. Əsərdə gənc oğlanın yoxa çıxması lə bağlı hüquq-mühafzə orqanlarının apardığı çətn və məsulyyətl şndən söhbət açılır. Rayonun hüquq-mühafizə orqanları Ərşad adlı bu gəncin axtarışına başlayırlar. Araşdırmaların gedişində isə daha dəhşətli faktlar üzə çıxır.
““Dilənçi qadının sirri”, “Bakıdan gələn xəfiyyə” və digər əsərlərinizin qəhrəmanı Qanbay Qasımlıdır. Niyə məhz bu addan mütəmadi istifadə edirsiniz?
- Ad barədə çox düşündüm. İstəyirdim ki, Azərbaycanın Şerlok Holmsunu yaradım. Nəhayət, qərar aldım ki, bu qəhrəman türk olsun. Ona görə də əsərimin baş qəhrəmanına Qanbay-qədim türk adı verdim. Soyad kimi isə azərbaycanlılara məxsus Qasımlını götürdüm.
Dostları ilə paylaş: |