- Qanbay Qasımlı ilə Şerlok Holmsun hansı oxşarlıqları var?
- Qanbay Qasımlı da Şerlok Holms kimi gücdən və silahdan istifadə etməyi sevmir. Daha çox məntiqlə işləməyə üstünlük verir. Etiraf edim ki, ilk hekayələrimdə Şerlok Holmsu bir az yamsılamışam. Ancaq “Pəncərədə görünən kölgə” romanından başlayaraq, sırf öz qəhrəmanımı tapdım.
- Hansı xasiyyətləriniz Qanbay Qasımlı ilə eyni, hansılar fərqlidir?
- Mən də onun kimi az danışır, çox düşünür, çox kofe içirəm. Qanbay Qasımlı hadisələrə məntiqi yanaşır, məntiqsizliyi tez tutur. O həm də insanlarla çox ünsiyyətdə olmur...”
Dostları ilə paylaş: |