Tərtib etdi: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Cəmilə Səmədova
Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində darmadağın edərək, böyük zəfəri xalqımıza yaşatdı. Azərbaycan Respubilkasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi qələbə ilə sona çatdı.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasının hazırladığı “44 GÜNLÜK MÜHARİBƏ... 2802 ŞƏHİD.... ZƏFƏR PARADI” adlı elektron tövsiyə ədəbiyyat siyahısında Azərbaycanın Ermənistanı məğlub etdiyi 44 günlük müharibə, uzun illər işğalda qalmış torpaqlarımızın, doğma Qarabağımızın, Şuşamızın azad edilməsi uğrunda apardığı döyüşlərdə qəhrəmanlıqlar göstərmiş, şəhid olmuş əsgər və zabitlərimiz, qələbə rəmzinə çevrilən dəmir yumruq vasitəsilə qazanılan tarixi qələbənin qeyd edildiyi Zəfər paradı haqqında dövrü mətbuatda, internet səhifələrində məlumat verən məqalələr öz əksini tapmışdır.
Dostları ilə paylaş: |