Ədəbiyyat
Barat, E. Ali Baş Komandanın səsi: Cəbhə bölgəsindən reportaj // Ədəbiyyat qəzeti.- 2020.- 10 oktyabr.- S.22.
Bayramov, V. Bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır//Xalq qəzeti.-2020.- 19 noyabr.- S.3.
Eyvazlı, G. Erməni xisləti-Dəyişməz xarakterin bütün dövrlərdə təkrarı // Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.26.
Hüseynli, İ. Vətən Savaşı Azərbaycanın - İlham Əliyevin zəfəri ilə başa çatdı! //Azərbaycan.-2020.- 11 noyabr.- S.1.
Hüseynov,İ. Qələbənin tarixini siz yazırsınız:[Ön xətdən reportaj]// Azərbaycan ordusu.-2020.-30 sentyabr.-S.6.
Hüseynov,R. Hər qələbən bir tarixdir, Azərbaycan əsgəri! :[Əks-hücum əməliyyatından reportaj] // Azərbaycan.-2020.-17 oktyabr.-S.1; 3.
İllərdir davam edən işğala və ədalətsizliyə son qoyulacaq: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır”: [Azərbaycan Ordusunun Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirməsi haqqında] // Mədəniyyət. - 2020.- 1 oktyabr.- S.1;2.
Əliyev,M. İşğaldan azad edilən torpaqlarda Azərbaycan bayrağı dalğalanır: [Vətən müharibəsindən reportaj]//Azərbaycan ordusu.-2020.-11 noyabr.-S.7.
44 günlük müharibə tarixi ədaləti bərpa edib 30 illik işğala son ...-www.ikisahil.com › post › 44-gunlu...
44 günlük Qarabağ müharibəsinin nəticələri | Newtimes.az ...-www.newtimes.az › politics
2802 ŞƏHİD....
“Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev)
Azərbaycan xalqının Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.
İkinci Qarabağ müharibəsinin şanlı səhifələrini açan Azərbaycan əsgəri Füzuli, Cəbrayıl, Xocavənd əməliyyatlarında, Qubadlı və Zəngilan uğrunda gedən döyüşlərdə vaxtilə ata-babalarının məcburi şəkildə çıxmış olduğu torpaqları öz canı-qanı bahasına düşməndən azad edib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgər və zabitləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı”, “Zəfər” ordenləri ilə, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Laçının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” (Həşimov Polad İsrayıl oğlu-general-mayor (ölümündən sonra), Mirzəyev İlqar Anzor oğlu-polkovnik (ölümündən sonra) Hüseynov İbad Mövsüm oğlu-ehtiyatda olan baş çavuş), “Vətən Müharibəsi Qəhrəmanı” adları verilmişdir. Bu mükafatların sırasında şəhidlərimizin xüsusi payı vardır. “Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev)
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir.
Dostları ilə paylaş: |