Səbail rayon Mərkəzləşdirilmş Kitabxana Sistemi Mərkəzi Kitabxana Mədəni irsimiz-milli sərvətimiz


Amanova,S.B. Qoz // S.B.Amanova. Xurcun / red. Ç.O.Qacar; tərc.ed. S. Nuruqızı. - Bakı: Təhsil, 2010, s.10-11



Yüklə 2,95 Mb.
səhifə6/14
tarix10.01.2022
ölçüsü2,95 Mb.
#107945
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14
Amanova,S.B. Qoz // S.B.Amanova. Xurcun / red. Ç.O.Qacar; tərc.ed. S. Nuruqızı. - Bakı: Təhsil, 2010, s.10-11.

Qoz

Bizim eradan əvvəl I əsrdə məşhur fateh Makedoniyalı İsgəndər Hindistana yürüşə getdiyi zaman indiki Xocənt ərazisində Kiçik Aleksandriya qalasını tikmək məqsədilə düşərgə saldı.

Qalanın tikntisindən bir həftə keçməmiş ordunun bütün döyüşçüləri xəstələndilər. Xəstəliyin adı və mənşəyi məlum deyildi...

Makedoniyalı İsgəndər həyacan içində idi. Çöllü-biyabanda, yad diyarlarda naməlum xəstəliyin gətirəcəyi vaxtsız ölümdən çox qorxurdu. Çıxış yolu axtarır, tapa bilmirdi...


Qoz böyük çətirə və açıq-boz qabığa malik ağacın barlarıdır. Onu Şəki-Zaqatala zonasında, Ordubad, Quba, Gəncə və Azərbaycanın bir sıra digər rayonlarda yetişdirirlər. Bu bəhər yağlarla zəngindir: sutkalıq tələbatı ödəmək üçün insanın cəmi 20 qoz yeməsi kifayətdir. Azərbaycanda onun meyvələri qoz halvası şəklində qanazlığı və bəzi xəstəliklərdən sonra ümumbərkidici vasitə kimi istifadə olunur. Onları hipetoniya və ateroskleroz zamanı sulu həlim şəklində içirlər. Qozun təzə bərkimiş pərdəsi konyak və balla bir həftə ərzində cövhərləyir və zobun müalicəsi üçün gündə üç dəfə 1 xörəkqaşığı qəbul edirlər. Qozun yarpağı və qabığından hazırlanan həlimlə angina zamanı boğazı yaxalayırlar. Qozdan mürəbbə bişirmək, şirniyyatlar - tort, pirojna, halva hazırlamaq, inqrediyent kimi əlavələr etmək mümkündür. Odununun özü tünd, xarici qismi açıq rəngli, ağır və gözəl cila qəbul edən odunları vardır. Sənayedə, əsasən də mebel istehsalında istifadə edilir.

Hekayə Makedoniyalı İsgəndərin qoşunlarının Xocənt ərazisində tutulduğu xəstəlikdən sağalmasına kömək edən və xalq təbabətində mühüm rol oynayan qoz bitkisi haqqında danışır.


Yüklə 2,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin