Səbail rayonunda payız-qış mövsümünə hazırlıqla əlaqədar nəzərdə tutulmuş işlər davam etdirilir



Yüklə 25,56 Kb.
tarix06.03.2018
ölçüsü25,56 Kb.
#44885



Səbail rayonunda payız-qış mövsümünə hazırlıqla əlaqədar nəzərdə tutulmuş işlər davam etdirilir

16 Oktyabr, 2009


Rayonda 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı yeni tədbirlər planı hazırlanıb
Artıq bir neçə aydan sonra qış mövsümü başlayacaq. Bakı şəhərində və Abşeron yarımadasında qış fəsli çox sərt keçməsə də, bəzən müəyyən problemlər ortaya çıxır. Bu və ya digər problemlərin ortaya çıxmaması üçün isə bütün rayonlarda qışa hazırlıqla bağlı tədbirlər həyata keçirilir. Təbii ki, Prezident İlham Əliyevin göstərişilə həyata keçirilən bu işlər cəmiyyətdə xüsusi maraq doğurur, diqqətlə izlənilir... Məhz bunu nəzərə alaraq Bakı şəhərinin rayonlarında payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən işləri işıqlandırmağı qərarlaşdırdıq. Və bu məqsədlə Səbail rayonunda olduq...
Səbail rayonunda payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun təsərrüfat xidmətləri tərəfindən damların, istilik sistemlərinin, su xətlərinin əsaslı təmir işləri aparılır, qış mövsümünə hazırlığın təmin olunması üçün bir sıra təşkilati və əməli tədbirlər həyata keçirilir.
Payız-qış mövsümü ərzində yol verilmiş nöqsanlar nəticəsində bəzi mənzillərdə istiliyin olmaması, yağışlar zamanı əsasən Bayıl və 20-ci sahə ərazisindəki yaşayış evlərinin damlarının su buraxması, bəzi küçələrdə yağış sularının göllənməsi nəticəsində nəqliyyatın və piyadaların hərəkətinə maneələrin yaranması və s. bu kimi çatışmazlıqlar əhali arasında haqlı narazılıqlar yaradıb.
Rayon ərazisində yerləşən bəzi qurum və təşkilatların tabeçiliyində olan binaların istilik təminatında fasilələr olub, eyni zamanda, əsaslı və cari təmir işlərinin lazımi səviyyədə aparılmaması nəticəsində keçid meydançaları, dam örtükləri və eyvanların qəza vəziyyətinə düşməsi sakinlərin narazılığına səbəb olub.
Bütün bunlar nəzərə alınaraq rayonda 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı yeni tədbirlər planı hazırlanıb və nəzərdə tutulan işlərin bir çoxu həyata keçirilib.
Mövsümə hazırlıq işləri çərçivəsində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən cari ildə podrat və təsərrüfat hesabına 1210 m2 ölçüdə dam örtüyü təmir edilib, 35 p/m daxili kanalizasiya xətti, 131 p/m navalça, 67 p/m içməli su xətti dəyişdirilib, 136 p/m tüstü borusu təmizlənib, 34 m2 binadaxili istilik xətti və 34 p/m daxili elektrik xətləri əsaslı təmir olunub və ya dəyişdirilib, əlavə olaraq, 4 ədəd qapı və 8 ədəd pəncərə bloku dəyişdirilib, 27 m2 ümumi istifadə yeri şüşələnib.
Bundan əlavə, birliyin balansında olan evlərdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 500 m2 dəmir dam və 25 m2 qır dam örtüyündə əsaslı təmir işləri görülüb. Əlavə olaraq MKTB-nin xidməti ərazisində və balansında olan mənzil fondu üzrə 2 binanın (Z.Əliyev küçəsi 17 və A.Şaiq küçəsi 7) 525 m2 sahədə dam örtüyü əsaslı təmir olunub, binaların damında 1210 m2 ruberoid örtük dəyişdirilib, 14 ədəd tüstü bacası təmir edilib.
Mərkəzi hissədə 1400 m2 sahədə həyətlərə asfalt örtüyü döşənib, 3 ünvanda aparılan təmir işləri zamanı 170 m2 üzlük daş qoyulub, 15 m2 istinad divarı tikilib, 1 keçid meydançası əsaslı təmir olunub.
Tədbirlər planına uyğun olaraq payız-qış mövsümünə hazırlıqla bağlı yeraltı mühəndis-kommunikasiya xətlərinin yoxlanması, yağış suları qəbul edən kanalizasiya quyularının təmizlənməsi, küçə, həyət, park və bağların işıqlandırılmasının əla vəziyyətə gətirilməsi işləri, həmçinin, park və bağlardakı pilləkənlərin təmir olunması işləri aparılıb, qış mövsümü ilə əlaqədar tələb olunan miqdarda inventar və qum ehtiyatı toplanıb.
MKTB-nin balansında olan 553 binadan 70-i istilik sisteminə qoşulub, ötən il 42 bina istilik alıb. Həmin binaların daxili istilik sistemlərində cari təmir, profilaktika işləri aparılıb və əlavə olaraq yeni binaların istilik sistemlərinə qoşulması istiqamətində işlər aparılır. Burada 240 p/m uzunluğunda istilik xətlərində cari təmir aparılıb, 34 p/m boru yenisi ilə əvəz olunub, 30 ədəd siyirtmədə profilaktika aparılıb, 20 ədəd əks klapan təmir olunub. Lermontov küçəsi 133/117 saylı binada “Azəristiliktəchizat” ASC tərəfindən zirzəmidəki istilik xəttinin paylayıcı əsaslı boruları təmir olunub, su xətləri dəyişdirilib. Qeyd edək ki, istilik sisteminə qoşulmuş 70 binadan 28-i istilik almır ki, bunun da əsas səbəbi istilik sistemlərinin 16 binada sakinlər tərəfindən tamamilə sökülməsi, 12 binada vertikal dayaqların yararsız vəziyyətdə olmasıdır.
Badamdar qəsəbəsində - mövcud məktəb və uşaq bağçalarının istiliklə təminatı normal vəziyyətdə olduğundan bu mövsümdə təhsil müəssisələrini istiliklə təmin edən qazanxanalarda profilaktiki işlər aparılır. Qəsəbənin içməli su, binaların isə istilik təchizatının, yolların və həyətlərin asfalt örtüyünün təmiri, binaların bloklarının qapı və pəncərələrinin bərpası, şüşələnməsi və təmiri istiqamətində işlər aparılır.
Bağlar küçəsində və 3-cü yaşayış massivində 1000 m2 yeni asfalt örtüyü salınıb, 2 ünvanda zibilxanalar təmir edilərək ətrafı abadlaşdırılıb, bura əlavə konteynerlər qoyulub. Bibiheybət qəsəbəsində dənizkənarı ərazi təmizlənərək bura qum səpilib, su dolmuş gölməçələr torpaqla doldurulub. Gəmi Təmiri zavodu ərazisində məskunlaşmış sakinlərin qaz təminatının yaxşılaşdırılması üçün 250 p/m borunun dəyişdirilməsi təmin olunub.
Cari ilin oktyabr-noyabr aylarında qəsəbədəki Namiq Quliyev və Məktəb küçələrindəki kanalizasiya xətlərinin təmiri, bəzi daxili küçələrin asfaltlaşdırılması nəzərdə tutulur.
Müdafiə Nazirliyi Abşeron rayon Mənzil-İstismar Hissəsi 3 saylı Evlər idarəsi tərəfindən Badamdar qəsəbəsində balansda olan 2 qazanxanada cari təmir işləri aparılıb və istiliklə təmin olunacaq evlərdə daxili profilaktika işləri görülüb. Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi MKXD-nin 19 saylı MİS-i tərəfindən cari ildə 5 ədəd yeni zibil meydançası tikilib, 7 ədəd zibil meydançası təmir edilib, 52 ədəd zibil meydançası əhənglə ağardılıb.
Bibiheybət yolunda uçmuş hasarlar təmir edilib, A.İsmayılov küç. Dalan 2 və Y.Mürsəlov, Dağlıq, Badamdar yolu küçələrində RİH-nin material və texnikanın köməkliyi ilə 608 p/m uzunluğunda müxtəlif diametrli kanalizasiya xətləri dəyişdirilib.
MİS-in balansında olan 14 binanın dam örtüyü əsaslı təmir olunub, bura ruberoid çəkilib, Çernyakovski küçəsi 8 və Badamdar yolu 198 ünvanlardakı binaların qır dam örtükləri dəmir şiferlə əvəz olunub, 9 ədəd blok giriş qapısı dəyişdirilib, 9 m2 qapı və pəncərələr şüşələnib...
2 saylı İstilik Sistemləri İstismarı Sahəsi (İSİS) tərəfindən mövsümə hazırlıqla bağlı rayondakı bir sıra hazırlıq işləri aparılıb, idarənin balansında olan 44 yaşayış binası, 9 orta məktəb, 4 uşaq bağçası, 3 səhiyyə və 21 digər təşkilatın istiliklə və bəzilərinin isə isti su ilə təmin olunmasında problem yoxdur.
“Azəristiliktəchizat” ASC-nin 2 saylı İSİS-nin 17 qazanxananın işləməsi nəzərdə tutulub ki, bunlardan 9-da cari, 7-də isə əsaslı təmir işləri aparılıb, o cümlədən, T.Məmmədov 7 ünvandakı qazanxanada 4 istilik qazanı əsaslı təmir olunub, 690 p/m istilik xətti dəyişdirilib, 2 mühərrik və 3 su nasosu təmir olunub.
İstiqlaliyyət küçəsində yerləşən Əlyazmalar İnstitutunun həyətində yeni müasir qazanxana quraşdırılıb...
Səbail rayonu ərazisində fəaliyyət göstərən 18 ümumtəhsil orta məktəbi, 17 məktəbəqədər uşaq müəssisəsi və 22 səhiyyə obyekti var. Orta məktəblərdən 17-nin istilik sistemlərində hazırda heç bir problem yoxdur. 91 saylı orta məktəbin daxili istilik sistemi və qazanxanasının problemləri olduğundan hazırda 3 saylı Uşaq Musiqi məktəbinin həyətində yeni qazanxana quraşdırılması başa çatmaq üzrədir. Məktəblərdən 11-i fərdi qazanxana vasitəsi ilə, 5-i “Azəristiliktəchizat” ASC-nin qazanxanalarından, 2-si isə digər təşkilatların qazanxanalarından (239 saylı orta məktəb Dövlət Neft Şirkətinin balansında olan qazanxanadan, 162 saylı orta məktəb 51 saylı orta məktəbin qazanxanasından) istilik alır. 219 saylı evdə məktəbin otaqları kondisioner vasitəsi ilə qızdırılır. Keçən il qış aylarında təbii qazın təzyiqinin zəif olması səbəbindən 20-ci sahədəki 51 və 162 saylı orta məktəblər, 332 saylı uşaq bağçası, bəzi vaxtlarda Bayıldakı 49 saylı məktəbdə istilik olmayıb ki, bu il bu çatışmazlıqlar aradan qaldırılmalıdır. Ümumilikdə 2 saylı İSİS tərəfindən mövsümə hazırlıq işləri idarənin tədbirlər planına əsasən davam etdirilir.
Səbail rayon Qaz İstismar İdarəsi tərəfindən təbii qaz təchizatının yaxşılaşdırılması üçün korroziyaya uğramış və ya sıradan çıxmış müxtəlif təzyiq və diametrli borular dəyişdirilib və yenilərilə əvəzlənib.
Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar Badamdar qəsəbəsinin 1-ci Yaşayış Massivində, 1-ci Badamdar küçəsində müxtəlif ölçülü və uzunluqda qaz xətləri çəkilərək qaz kəmərləri ilə dairəvi birləşdirilib, 20-ci sahə, 3-cü Mədən, Badamdar ərazisində korroziyaya uğramış və köhnəlmiş müxtəlif diametrli 300 p/m qaz xətti dəyişdirilib. 14 saylı Peşə Məktəbinin həyətində orta təzyiqli 108 mm-lik qaz xəttinin üzərində olan istismara yararsız qaz tənzimləyicisi çıxarılıb və yenisi ilə əvəz olunub, Nemanzadə və A.Məmmədov, T.Elçin küçələrindən keçən qaz kəmərlərinin üzərindəki 8 ədəd siyirtmə dəyişdirilib. Arif İsmayılov küçəsi 33 ünvanda 1 ədəd Qaz Tənzimləyici Şkaf quraşdırılıb.
Rayonun qaz təchizatının yaxşılaşdırılması ilə bağlı Badamdar qəsəbəsində və Bayıl qəsəbəsində orta təzyiqli qaz kəmərinin yenidən çəkilməsi, “Qurd qapısı” qaz paylayıcı stansiyasından “Qanlı göl” qaz paylayıcı stansiyasına gedən qaz kəmərinin uzadılması, 8-ci mədən QPS-dan rayonun istilik qazanxanalarına yeni qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub.
Səbail rayon Enerji Satış və İstismar İdarəsi tərəfindən ilin əvvəlindən Badamdar qəsəbəsində Hərbi şəhərcik adlanan yerdə şəbəkə quraşdırılıb, burada 3 ədəd müxtəlif tutumlu transformator quraşdırılıb, şəhərin mərkəz hissəsində kabel xətti çəkilib, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 2 ədəd və 20-ci sahədə A.İsmayılov küç. 1 ədəd yeni transformator, 3 ədəd KTM quraşdırılıb, 1 ədəd KTM böyük tutumlusu ilə əvəz olunub. Ə.Yaqubov küç. 1 ədəd vakkum açarı və 20-ci sahədə 3 ədəd ŞO-70 şkaf quraşdırılıb, rayon ərazisində 4030 m naqil yenisi ilə əvəz olunub. Bayıl qəsəbəsi G.Əliyev küçəsində yerləşən transformator məntəqəsinə iki dövrəli 6 kv-luq yeni hava xətti çəkilib. Qurban Abbasov, Xanlar küçələrində, həmçinin, 6-cı mədən ərazisində yenidənqurma işləri aparılır, burada elektrik dirəkləri dəyişdirilir, yeni kabel xətləri çəkilir, sayğaclaşma işləri başa çatdırılır.
Bibiheybət qəsəbəsində “Şıx” çimərliyi boyunca yerləşən fərdi evlərin və obyektlərin elektrik təminatının yaxşılaşdırılması məqsədilə 110 kv-luq yarımstansiyadan 4 yeni kabel xətti çəkilib, “Qresent-Biç” mehmanxanasının həyətində 16 yuva üçün nəzərdə tutulmuş 10 kv-luq paylayıcı qurğu inşa edilib.
Payız-qış mövsümünə hazırlıqla bağlı idarə tərəfindən rayon ərazisində 12750 metr 6-10 kv-luq kabel, 3000 metr 6-10 kv-luq hava, 1050 metr 0,4 kv-luq kabel və 2400 metr 0,4 kv-luq hava xətlərinin çəkilmiş. 3 transformator məntəqəsi əsaslı təmir olunub.
Rayon kanalizasiya idarəsi tərəfindən 22,5 km kanalizasiya xəttinin yerüstü yoxlanılması, 14.621 p/m kanalizasiya şəbəkələrinin və 8.598 p/m kanalizasiya yağış-leysan şəbəkələrinin, 1.276 ədəd kanalizasiya axıcı quyularının və 726 ədəd yağış barmaqlıqlarının təmizlənməsi həyata keçirilib, 400-dən çox tıxacla bağlı müraciətlər icra olunaraq problemlər aradan qaldırılıb, rayon ərazisində 160 p/m müxtəlif diametrli kanalizasiya boruları yenisi ilə əvəz olunub.
Azadlıq prospekti ilə Zərifə Əliyeva küçələrinin kəsişməsində d500 mm-lik kollektorun 30 p/m hissəsi dəyişdirilib, Bayılda, təcili yardım stansiyasının qarşısında 150 mm-lik 50 p/m uzunluğunda yağış suları yığan xətt çəkilib və barmaqlıqlar qoyulub. Mərkəz küçələrdə asfalt örtüyünün salınması ilə əlaqədar 15 ədəd kanalizasiya quyusu və 10 ədəd yağış suyu yığan barmaqlıq dəyişdirilib. Hazırda sistemlərin yoxlanması və barmaqlıqların təmizlənməsi işləri davam edir.
Rayon Su Kəməri və Qurğuları sahəsi üzrə ilin birinci yarısında rayon ərazisində müxtəlif diametrli 4720 p/m uzunluğunda su xətləri çəkilib və ya dəyişdirilib, idarə tərəfindən əlavə olaraq 103 ədəd nasos, 12 ədəd mühərrik, 40 ədəd siyirtmə, 11 ədəd yanğın hidrantı təmir edilib. 7 ədəd siyirtmə dəyişdirilib, 440 ədəd su axıntısı bərpa olunub, 3 ədəd müxtəlif tutumlu su anbarı yuyulub. Əraziyə 2596 p/m müxtəlif diametrli su xətti çəkilib.
Bayıl-20-ci sahə ərazisindəki Əhəd Yaqubov küçəsi, “Şimal” nasosxanasının yanındakı yağış suları yığan xətlər tamamilə sıradan çıxdığından və Badamdar şossesində isə bunlar olmadığından yağış yağan kimi şəhərin əsas giriş-çıxış yollarından biri olan dövlət əhəmiyyətli magistral yolun bu hissəsində su yığılır və nəqliyyatın hərəkəti üçün ciddi maneə yaranırdı. Bu problemin qarşısının alınması məqsədilə “Azəryolservis” ASC-nə müraciət olunub və RİH-in də yaxından iştirakı ilə burada yeni xətlər quraşdırılaraq problem həll olunub.
Göründüyü kimi, Səbail rayonunda qış mövsümünə hazırlıqlarala bağlı kompleks işlər həyata keçirilib. Hazırda payız-qış mövsümünə hazırlıqla əlaqədar nəzərdə tutulmuş işlər davam etdirilir.
Ramil VƏLİBƏYOV
Yüklə 25,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin