Wi-Fi şəbəkənin qurulma prinsipinə daha ətraflı baxaq. Şəbəkənin əsas
elementləri Wi-Fi- adapetrlər və daxilolma nöqtələridir. Wi-Fi- adapetr
(şək.1.3.12) PCI, PCMCI genişlənmə slotları vasitəsi ilə qoşulan platadır. Həmçini
USB 2.0 vasitəsi ilə qoşulan Wi-Fi- adapetrlər də məlumdur. Wi-Fi- adapetr naqilli
şəbəkədə şəbəkə platası funksiyalarını yerinə yetirir və istifadəçi kompüterinin
naqilsiz şəbəkəyə qoşulmasını təmin edir. Müasir noutbukların hamısında müasir
standartlarla uyğunlaşa bilən Wi-Fi- adapetrlər mövcuddur. Adətən Wi-Fi-
adapetrlərlə cib kompüterləri də təmin olunur.
Шяк.1.3.12.
Şəbəkəyə daxil olmaq üçün adapter bir başa digər adapterlərlə rabitə
yaratmalıdır. Belə şəbəkə Ad-Hoc şəbəkə adlanır. Ad-Hoc şəbəkə Wi-Fi-
adapetrlərdən ibarət avtonom qrup olub daha böyük şəbəkəyə və ya İnternetə
qoşulma imkanına malik olmur. Belə şəbəkədə iki və daha artıq Wi-Fi- adapetr
olur və heç bir daxilolma nöqtəsi olmur. Ad-Hoc şəbəkə həmçinin bir ranqlı və ya
müstəqil baza xidmətləri yığımı (Independent Basic Service Sets, IBSS) da adlanır.
Şək.1.3.13- də sadə Ad-Hoc şəbəkə təsvir olunmuşdur. Belə rejimin əsas üsünlüyü-
sadə quruluşdur. Belə şəbəkə heç bir əlavə avdanlıq (daxilolma nöqtəsi) tələb
etmir. Ad-Hoc rejimi müvəqqəti şəbəkələrin yaradılmasında da geniş istifadə
olunur. Bu zaman nəzərə almq lazımdır ki, verilənlərin maksimal ötürülmə sürəti
istifadə olunan avadanlıqların tipindən asılı olmayaraq 11/N Mbit/san təşkil edəcək
(burada N- şəbəkədəki adapterlərin sayıdır). Rabitə məsafəsi isə 100 m- dən artıq
olmur.
Шяк.1.3.13.
Adapter daxilolma nöqtəsi adlandırılan cihaz vasitəsi ilə də şəbəkəyə qoşula
bilər. Belə rejim infrastruktur rejimi (Infrastructure mode), şəbəkə isə
infrastrukturalı şəbəkə adlanır. Infrastructure mode rejimili şəbəkələrin tərkibində
adətən naqilli şəbəkəyə qoşulmuş bir və ya daha çox daxilolma nöqtəsi mövcud
olur. Şəbəkədə olan hər bir naqilsiz stansiya (adapetr) daxilolma nöqtəsi ilə
informasiya mübadiləsində olur. Sonuncu öz növbəsində bu informasiyanı naqilli
şəbəkəyə ötürür. Ümumiyyətlə, daxilolma nöqtəsi və naqillər vasitəsi ilə printerə,
fayl-serverə, interent şlüza qoşulma tələb olunan istənilən şəbəkə Infrastructure
mode rejimində işləyir. Şək.1.3.14- də infratsruktur şəbəkə təsvir olunmuşdur.
Yalnız bir daxilolma nöqtəsi olan infrastrukturalı şəbəkə baza xidmətləri yığımı
(Basic Service Sets, BSS) da adlanır. Şbəkədə iki və daha artıq daxilolma
nöqtəsindən istifadə olunduqda isə, belə şəbəkə genişləndirilmiş xidmətlər yığımı
(Extended Service Set, ESS) adlanır.
Шяк.1.3.14.
Bu və ya digər qoşulmadan istmfadə etmək üçün istifadəçi adapteri lazımi
rejimə (Ad-Hoc Mode və ya İnfrastructure Mode) köklənməlidir.
Daxilolma
nöqtəsi (Access Point, AP) (şək.1.3.15) tərkibində
mikrokompüter və ötürücü/qəbuledici olan avtonom moduldur. Daxilolma nöqtəsi
vasitəsi ilə naqilsiz adapterlər arasında və eləcə də adapetrlərlə şəbəkənin naqilli
seqmenti arasında informasiya mübadiləsi həyata keçirilir. Beləliklə, daxilolma
nöqtəsi kommutator rolunu oynayır.
Шяк.1.3.15.
Daxilolma nöqtəsi öz şəbəkə interfeysi (uplink port) vsitəsi ilə adi naqilli
şəbəkəyə qoşula bilər. Bu interfeys vasitəsi ilə həmçinin daxilolma nöqtəsinin
köklənmə prosedurları da reallaşdırılır. Daxilolma nöqtəsindən həm ona klient
adapterlərinin qoşulması üçün (əsas iş rejimi), həm də digər daxilolma nöqtələri ilə
birləşərək bölüşdürülmüş şəbəkələrin yaradılmasında istifadə olunur.
Wi-Fi şəbəkədə hər bir daxilolma nöqtəsi klient adapterinə öz kodunu və ya
şəbəkə adını- SSID (Service Set Identifier- xidmətlər yığımının identifikatoru)
göndərir. Qəbuledici stansiya bu SSID-ni alınan siqnalların süzgəclənməsi və
özunə lazım olanı ayırmaq üçün istifadə edir. SSID- nin göndərilməsi siqnal
paketləri vasitəsi ilə 100 ms periodla 1 Mbit/san sürətlə həyata keçirilir. Bu da
siqnal paketlərinin göndərilməsinin şəbəkənin parametrlərinə təsir göstərməmyə
imkan verir. Qəbul olunmuş identifikatora əsasən istifadəçi adapteri yaxınlıqda
yerləşən daxilolma nöqtələrindən hansına qoşulmaq lazım olduğunu «başa düşür».
İstifadəçi adapteri iki eyni SSID- yə malik daxilolma nöqtəsinin təsir dairəsinə
düşdükdə, qəbul olunan siqnalın gücünə əsasən onlardan birini seçə bilər.
İstifadəçi adapteri və daxilolma nöqtəsi arasındakı rabitə yaradıldıqdan və
kökləndikdən sonra verilənlərin «istifadəçi adapteri-daxilolma nöqtəsi»
istiqamətində ötürülməsinə başlanır. Daxilolma nöqtəsində bu siqnallar emal
olunaraq şəbəkə naqilləri vasitəsi ilə İnternet-ə göndərilir. Verilənlərin «daxilolma
nöqtəsi-istifadəçi adapteri» istiqamətində ötürülməsi də anoloji yolla baş verir:
daxilolma nöqtəsi verilənləri İnternet-dən alır, emal edir və radiotezlik
diapazonunda istifadəsi adapetrinə ötürür.
Tərkibində yalnız bir daxilolma nöqtəsi və çoxlu sayda istifadəçi adapetri
olan şəbəkələrin qurulması kifayət qədər asan və etibarlı olur. Lakin daxilolma
nöqtəsinin sıradan çıxması və ya eyni zamanda daxilolma nöqtəsinə həddindən çox
sayda istifadəçi adapterinin qoşulma cəhdi zamanı rabitənin kəsilməsi və ya küylər
əmələ gələ bilər.
Wi-Fi qəbuledici/ötürücüləri öz quruluşlarına görə demək olar ki, adi
portativ dupleks radiostansiyaları, mobil telefonlar və s. ilə eynidir. Bununla yanaşı
Wi-Fi qəbuledici və ötürücülərinin digərlərindən fərqli cəhətləri də var. Belə fərqli
cəhətlərdən ən əsası sozügedən avadanlığın 2,4 və 5 GHs tezlik diapazonunda
işləməsidir. Bu tezliklər mobil telefon rabitəsində, portativ dupleks
radiostansiyalarında və televiziyada istifadə olunan tezliklərdən çox yüksəkdir.
Ötürülən verilənlər paketinin maksimal həcmi 2340 bayt təşkil edir
(şək.1.3.16). Bəzən küylərin təsiri altında böyük həcmli paketlər təhriflərə məruz
qalırlar. Ona görə də belə paketlərin həcmi fraqmentasiya nəticəsində azaldılır.
Paketlərin fraqmentasiyası- verilənlərin naqilsiz rabitə sistemlərində ötürülməsinin
etibarlılığının artırılması üçün nəzərdə tutulmuş bir proseduradır. Bunun
nəticəsində bir böyük həcmli paket bir neçə kiçik hacmli paketlərə bölünür və ayrı-
ayrı ötürülür. Hesab olunur ki, kiçik həcmli fraqmentin küylərin təsiri altında olan
fəzadan təhrif olunmadan ötürülməsinin ehtimalı daha çoxdur. Hər bir paketin
qəbuledici tərəfindən alınması ayrıca təsdiq olunur. Beləliklə, əgər hər-hansı bir
fraqment düzgün qəbul olunmazsa, onda bütovlüklə bir paketin deyil, yalnız bir
fraqment yenidən göndərilir. Bu da öz növbəsində kanalın buraxma qabiliyyətini
artırır. Şək.1.3.17- də maksimal həcmli paketin bölündüyü üç fraqmentdən biri
təsvir olunmuşdur.
Шяк.1.3.16.
Dostları ilə paylaş: |