Шяк.1.3.14.
Bu və ya digər qoşulmadan istmfadə etmək üçün istifadəçi adapteri lazımi
rejimə (Ad-Hoc Mode və ya İnfrastructure Mode) köklənməlidir.
Daxilolma
nöqtəsi (Access Point, AP) (şək.1.3.15) tərkibində
mikrokompüter və ötürücü/qəbuledici olan avtonom moduldur. Daxilolma nöqtəsi
vasitəsi ilə naqilsiz adapterlər arasında və eləcə də adapetrlərlə
şəbəkənin naqilli
seqmenti arasında informasiya mübadiləsi həyata keçirilir. Beləliklə, daxilolma
nöqtəsi kommutator rolunu oynayır.
Шяк.1.3.15.
Daxilolma nöqtəsi öz şəbəkə interfeysi (uplink port) vsitəsi ilə adi naqilli
şəbəkəyə qoşula bilər. Bu interfeys vasitəsi ilə həmçinin daxilolma nöqtəsinin
köklənmə prosedurları da reallaşdırılır. Daxilolma
nöqtəsindən həm ona klient
adapterlərinin qoşulması üçün (əsas iş rejimi), həm də digər daxilolma nöqtələri ilə
birləşərək bölüşdürülmüş şəbəkələrin yaradılmasında istifadə olunur.
Wi-Fi şəbəkədə hər bir daxilolma nöqtəsi klient adapterinə öz kodunu və ya
şəbəkə adını- SSID (Service Set Identifier- xidmətlər yığımının identifikatoru)
göndərir. Qəbuledici stansiya bu SSID-ni alınan siqnalların süzgəclənməsi və
özunə lazım olanı ayırmaq üçün istifadə edir. SSID- nin göndərilməsi siqnal
paketləri vasitəsi ilə 100 ms periodla 1 Mbit/san sürətlə həyata keçirilir. Bu da
siqnal paketlərinin göndərilməsinin şəbəkənin parametrlərinə təsir göstərməmyə
imkan verir. Qəbul olunmuş identifikatora əsasən istifadəçi adapteri yaxınlıqda
yerləşən daxilolma nöqtələrindən hansına qoşulmaq lazım olduğunu «başa düşür».
İstifadəçi adapteri iki eyni SSID- yə malik daxilolma
nöqtəsinin təsir dairəsinə
düşdükdə, qəbul olunan siqnalın gücünə əsasən onlardan birini seçə bilər.
İstifadəçi adapteri və daxilolma nöqtəsi arasındakı rabitə yaradıldıqdan və
kökləndikdən sonra verilənlərin «istifadəçi adapteri-daxilolma nöqtəsi»
istiqamətində ötürülməsinə başlanır. Daxilolma nöqtəsində bu siqnallar emal
olunaraq şəbəkə naqilləri vasitəsi ilə İnternet-ə göndərilir. Verilənlərin «daxilolma
nöqtəsi-istifadəçi adapteri» istiqamətində ötürülməsi də anoloji yolla baş verir:
daxilolma nöqtəsi verilənləri İnternet-dən alır, emal edir və radiotezlik
diapazonunda istifadəsi adapetrinə ötürür.
Tərkibində yalnız bir daxilolma nöqtəsi və çoxlu sayda istifadəçi adapetri
olan şəbəkələrin qurulması kifayət qədər asan və etibarlı olur. Lakin daxilolma
nöqtəsinin sıradan çıxması və ya eyni zamanda daxilolma nöqtəsinə həddindən çox
sayda istifadəçi adapterinin qoşulma cəhdi zamanı rabitənin kəsilməsi və ya küylər
əmələ gələ bilər.
Wi-Fi qəbuledici/ötürücüləri öz quruluşlarına
görə demək olar ki, adi
portativ dupleks radiostansiyaları, mobil telefonlar və s. ilə eynidir. Bununla yanaşı
Wi-Fi qəbuledici və ötürücülərinin digərlərindən fərqli cəhətləri də var. Belə fərqli
cəhətlərdən ən əsası sozügedən avadanlığın 2,4 və 5 GHs tezlik diapazonunda
işləməsidir. Bu tezliklər mobil telefon rabitəsində, portativ dupleks
radiostansiyalarında və televiziyada istifadə olunan tezliklərdən çox yüksəkdir.
Ötürülən verilənlər paketinin maksimal həcmi 2340 bayt təşkil edir
(şək.1.3.16). Bəzən küylərin təsiri altında böyük həcmli
paketlər təhriflərə məruz
qalırlar. Ona görə də belə paketlərin həcmi fraqmentasiya nəticəsində azaldılır.
Paketlərin fraqmentasiyası- verilənlərin naqilsiz rabitə sistemlərində ötürülməsinin
etibarlılığının artırılması üçün nəzərdə tutulmuş bir proseduradır. Bunun
nəticəsində bir böyük həcmli paket bir neçə kiçik hacmli paketlərə bölünür və ayrı-
ayrı ötürülür. Hesab olunur ki, kiçik həcmli fraqmentin küylərin təsiri altında olan
fəzadan təhrif olunmadan ötürülməsinin ehtimalı daha çoxdur. Hər bir paketin
qəbuledici tərəfindən alınması ayrıca təsdiq olunur. Beləliklə, əgər hər-hansı bir
fraqment düzgün qəbul olunmazsa, onda
bütovlüklə bir paketin deyil, yalnız bir
fraqment yenidən göndərilir. Bu da öz növbəsində kanalın buraxma qabiliyyətini
artırır. Şək.1.3.17- də maksimal həcmli paketin bölündüyü üç fraqmentdən biri
təsvir olunmuşdur.