1.3.2. Naqilsiz hesablama şəbəkələri texnologiyaları və arxitekturaları
1.3.2.1. Verilənlərin infraqfrmızı spektrdə ötürülməsi texnologiyası
Verilənlərin infraqırmızı (İQ) spektrdə ötürülməsi texnologiyası öz
inkişafına hələ 1979-cu ildə Hewlett-Packard kompaniyası tərəfindən
informasiyanı çapa ötürmək üçün istifadə olunan İQ- porta malik kalkulyatorun
satışa buraxılması ilə başladı. Bundan sonra bir neçə il ərzində mütəxəssislər
tərəfindən İQ- diapazondan verilənlərin ötürülməsi üçün optik kanal kimi istifadə
olunan bir çox cihazlar təklif olundu. Lakin bu cihazlar bir- biri ilə uyğunlaşa
bilmədikləri üçün geniş populyarlıq qazanmadı. Buna görə də 1993-cü ildə
beynəlxalq qeyri ticarət orqanizasiyası olan Infrared Data Association (IrDA-
verilənlərin İQ spektrdə ötürülməsini standartlaşdıran ittifaq) yaradıldı. IrDA- nın
məqsədi informasiyanın ötürülməsi üçün İQ rabitə kanalının orqanizasiyası üçün
vahid
standartların
işlənib
hazırdanmasıdır.
Başlanğıc
mərhələlərdə
orqanizasiyanın 50, hal- hazırda isə 120 üzvü var. Bu siyahıya Palm Computing,
Acer, Matsushita, Sony, Motorola, Fujitsu, TI, Intel, Compaq və Microsoft kimi
informasiya texnologiyaları sahəsində ixtisaslaşmış və eləcə də Citizen Watch,
CANAL+, Fuji Photo Film, Ricoh və s. kimi digər sahələrdə ixtisaslaşmış böyük
kompaniyalar daxildir. IrDA tərəfindən hazırlanmış ilk standart 1993-cü ildə elan
olunmuş (dərc olunmuş) Serial Infrared standart (SIR) olmuşdur. Bu standart
verilənlərin 9,6 kbit/san və 115,2 kbit/san sürətlə ötürülməsini təmin edirdi. 1994-
cü ilin iyun ayında «IrDA-standard» adlı daha ümumiləşdirilmiş standart dərc
olundu. Bu standartın tərkibinə Infrared Physical Layer (IrPL- Fiziki səviyyə),
Infrared Link Access Protocol (IrLAP- Daxil olma protokolu) və Infrared Link
Management Protocol (IrLMP- İdarəetmə protokulu) adlı altstandartlar daxil
olundu. 1995-ci ildə IrDA 2.0 standartı işlənib hazırlandı. Bu standarta əsasən
verilənlər 115,2 kbit/san və 4 Mbit/san sürətlə ötürülə bilər. Beləliklə IrDA 2.0
standartı əvvəlki standartlarla tam uyğunlaşa bilər. Verilənlərin İQ diapazonda
ötürülməsi 850- 880 nm dalğa uzunluğunda, 1 metrə qədər məsafədə aparılır.
1995-ci ilin noyabrında Microsoft kompaniyası İQ rabitəni təşkil etmək üçün
nəzərdə tutulmuş və IrDA standartına əsasən işləyən proqram təminatını
Windows95 standart paketinin tərkibinə daxil etdi. 2005- ci ildə isə yapon
kompaniyaları olan NTT DoCoMo və Sharp tərəfindən alqoritmin modernizasiyası
nəticəsində (bu zaman sistemin apparat hissəsində dəyişiklik olunmadı) İQ kanalın
sürətinin 4 dəfəyə qədər artırılması mümkün oldu. «İR Simple» adlandırılan bu
standart əvvəlki standartlarla tamamilə uyğunlaşa bilər. Standart verici və
qəbuledicidə heç bir dəyişikliyi nəzərdə tutmadığı üçün əvvəl istehsal olunan
cihazlara adi proqram yenilənməsi şəklində yeridilə bilər.
IrDA standartına əsasən verilənlərin İQ diapazonda ötürülmə sürəti bir neçə
diapazona bölünür: SIR, MIR, FIR, VFIR, UFIR. Hər bir diapazon həm
verilənlərin ötürülmə sürəti, həm də istifadə olunan kod sxemləri ilə fərqlənir.
1. SIR (Slow Infrared- aşağı sürətli İQ kanal). Verilənlər 9,6 kbit/s, 19,2
kbit/s, 38,4 kbit/s, 57,6 kbit/s, 115,2 kbit/s sürətlə ötürülə bilər. Analoji sürətlərdən
RS232 (COM-port) qoşulmada da istifadə olunur. COM İrDA adapterlər məhz bu
sürətlərdə işləyir. Belə avdanlıqlarda adətən mümkün olan ən aşağı sürət 9,6
kbit/san təşkil edir. Xəbərdar etmə, avadanlıqların biri birinə qoşulması və yeni
avdanlığın axtarışı məhz bu sürətdə həyata keçirilir;
2. MIR (Medium Infrared- orta sürətli İQ kanal). Verilənlər 0,576 Mbit/s və
1,152 Mbit/s sürətlə ötürülə bilər;
3. FIR (Fast Infrared- yüksək sürətli İQ kanal). Verilənlər 4 Mbit/s sürətlə
ötürülə bilər;
4. VFIR (Very Fast Infrared- ifrat yüksək sürətli İQ kanal). Verilənlər 16
Mbit/s sürətlə ötürülə bilər. Bu hal- hazırda İQ texnologiyaların işləyə biləcəyi
maksimal sürətdir;
5. UFIR (Ultra Fast Infrared- ultra yüksək sürətli İQ kanal). Verilənlərin 100
Mbit/s sürətlə ötürülməsi planladırılır. Bu tip İQ avdanlığı hələ layihələndirilmə
mərhələsindədir.
Radiokanaldan fərqli olaraq İQ kanal EM küylərə həssas deyil. Bu da
ikincinin istehsalatda geniş istifadə olunmasına zəmin yaradır. Lakin nəzərə almaq
lazımdır ki, İQ kanlın çatışmamazlıqlarından biri ötürülən informasiyanın
mühafizə olunmamasıdır. Bu da ötürülən informasiyanın məxfiliyini aşağı salır.
Düzünə görünüş zonasında kifayət qədər gücülü ötürücüdən istifadə olunduqda İQ
kanal vasitəsi ilə bir neçə km uzaqlıqda yerləşən nöqtə ilə rabitə yaratmaq olar.
Buna baxmayaraq bu texnologiya əsasən ofis şəraitində kompüterlər və mobil
cihazlar arasında rabitə yaratmaq üçün istifadə olunur. IrDA standartına əsasən İQ
şüaların divardan əks olunması vasitəsi ilə də kiçik ərazilərdə stabil rabitənin
yradılması
mümkündür.
Aydındır
ki,
bu
zaman
«nöqtə-çoxnöqtə»
topologiyasından istifadə olunur. Lakin buna baxmayaraq İQ texnologiyalardan
daha çox verilənlərin qısa məsafələrə (1 metr) «nöqtə-nöqtə» topologiyası üzrə
ötürülməsi üçün istifadə olunur. Qeyd etmək lazımdır ki, IrDA baza standartı lokal
şəbəkələrin qurulması üçün nəzərdə tutulmayıb. Çünki IrDA standartının
hazırlanması zamanı qarşıya qoyulan əsas məqsədlərdən biri az enerji sərfiyyatlı,
ucuz və sertifikasiyaya ehtiyacı olmayan avadanlıq yaratmaq idi. Şəbəkə interfeysi
isə kifayət qədər mürrəkbdir və daha çox şüalanma gücü tələb edir.
İQ portlar bir çox cihazlara quraşdırıda bilər: mobil telefonlar, noutbuklar,
rəqəmsal fotoaparatlar. Mobil telefonlarda quraşdırılmış İQ portlar verilənləri
115,2 kbit/san sürətlə ötürmək/qəbul etmək imkanına malikdirlər. Kompüterlər və
noutbuklarda isə bu rəqəm 4 Mbit/san qədər artırıla bilər.
Əksər hallarda noutbuklarda və mobil telefonlarda (eləcə də cib
kompüterlərində) İQ portlar cihazın daxilində quraşdırılır. Bundan fərqli olaraq
əksər stolüstü kompüterlərin standart sistem konfiqurasiyasının tərkibində İQ port
olmur. Bu halda USB (şək.1.3.2) və ya COM-port (şək.1.3.3) vasitəsi ilə qoşulan
adapterlərdən (İQ portlardan) istifadə olunur. Qeyd etmək lazımdır ki, USB
adapteri 4 Mbit/san, COM-port adepteri isə 115,2 kbit/san sürətlə işləməyə imkan
verir. İQ porta malik bir çox cib kompüterlərini idaredici pult kimi də (məsələn,
DVD pleyer və ya videomaqnitofon üçün) istifadə etmək olar. Bunun üçün cib
kompüterlərinə lazımi proqram təminatı yüklənməlidir.
Шяк.1.3.2.
Шяк.1.3.3
Yuxarıda sadalanan avadanlıqlardan başqa, İQ port həmçinin printerlərə də
quraşdırıla bilər. Belə printerlər vasitəsi ilə mobil telefonda olan informasiya bir
başa çapa verilə bilər.
İrDA standartına əsasən verilənlər əvvəlində və sonunda uyğun olaraq bir
start-bit və bir stop-bit olan paketlər şəklində ötürülür. İrDA portunun konstruktiv
quruluşu UART-dan (Universal Asynchronous Receiver/Transmitter- universal
asinxron qəbuledici/ötürücü) istifadə olunan COM-port- kommunikasiya portunun
arxitekturasına əsaslanıb. İQ rabitə sisteminin ümumiləşdirilmiş struktur sxemini
rabiətə xəttinin hər iki tərəfində («nöqtə-nöqtə» rejimində) quraşdırılmış identik
qəbuledici və verici şəklində göstərmək olar. Hər iki tərəfdə həm verici, həm də
qəbuledicinin olması verilənlərin zəmanətli ötürülməsi protokollarından istifadə
etməyə imkan yaradır. Lakin bəzi hallarda, məsələn məişət avadanlığını idarə
etmək üçün istifadə olunan pultlarda, tərəflərdən birində yalnız verici, digərində isə
yalnız qəbuledici quraşdırıla bilər. Bəzi hallrda cihazlarda bir neçə qəbuledici
quraşdırılır ki, bu da eyni zaman anında bir neçə ayrı-ayrı cihazlarla rabitə
yaratmağa imkan verir. İQ spektrdə verilənlərin ötürülməsi/qəbul edilməsinin
ümumiləşdirilmiş struktur sxemi şək.1.3.4-də göstərilib.
Шяк.1.3.4.
МП
UART
В
Г
Ötürülən verilənlər baytı mərkəzi prossessor (MP) tərəfindən UART blokuna
göndərilir. UART verilənlər paketinin formalaşdırılmasını, kodlaşdırılmasını və
bitlərin ardıcıl olaraq vericiyə (V) ötürülməsini həyata keçirir. İrDA standartında
kodlama sxemi ənənəvi UART bloklarında istifadə olunan sxemlə eynidir, yəni
start-bit və stop-bitlər baytların əvvəlinə və sonuna əlavə olunurlar. Fərq yalnız
ondan ibarətdir ki, İrDA standartında NZR (Non-Return to Zero- sıfıra çevrilmə
olmayan kod) sxemi deyil, RZ (Return to Zero- sıfıra çevrilmə olan kod)
sxemindən istifadə olunur. Yəni, məntiqi «0» impulsun varlığı kimi, «1» isə
yoxluğu kimi göstərilir. Bundan başqa standart tərəfindən impulsların davametmə
müddətinə də müəyyən tələblər qoyulur. Belə ki, məntiqi «0» davametmə müddəti
1,6 mks-dən bit impulsunun periodunun 3/16 hissəsi qədər olan İQ impulsla
kodlaşdırılır (şək.1.3.5).
Vericinin çıxışında impuls manipulyasiyalı siqnal formalaşdırılır. Daha
sonra alınmış impuls ardıcıllığı İQ svetodiod vasitəsi ilə optik şüalara çevrilir.
Шяк.1.3.5.
Minimal güc sərfiyyatı impulsun davametmə müddətinin 1,6 mks olduğu
halda müşahidə olunur. Standarta əsasən ± 30° bucaq daxilində şüalanma
intensivliyi 40-50 mVt/sr olmalıdır. Şüaladndırıcı kimi İQ işıq diodlarından
istifadə oluna bilər. Bütün tələblər ödənildikdə İQ kanal vasitəsi ilə 1 m uzaqlıqda
stabil rabitə yaratmaq mümkün olur. Bundan başqa «Standard-Low Power» və
«Low Power Option- Low Power» adlandırılan daha qənaətcil spesifikasiyalar
işlənib hazırlanmışdır. Bu spesifikasiyalara əsasən işləyən cihazlar daha az enerji
sərf edirlər, lakin stabil rabitə yalnız 0,3 m və 0,2 m məsafədə qurula bilər.
Verici tərəfindən formalaşdırılan İQ impluslar ardıcıllığı qəbuledici (Q)
tərəfdə PİN diod tərəfindən qəbul olunur və elektrik impulslaına çevrilir. Daha
sonra qəbuledicidə gücləndirilir, süzgəclənir və məntiqi «0» və ya «1» çevrilir.
Məntiqi «0»- İQ impulsun olmasına, məntiqi «1»- olmamasına dəlalət edir.
Qəbuledicinin qarşısına qoyulan əsas tələb intensivliyi 4- 500 mVt/sr olan İQ
şüaları ± 15° bucaq daxilində qəbul etməkdir. Daha sonra qəbul olunmuş verilənlər
paketi UART blokuna ötürülür və MP- də emal üçün lazımi formaya salınır.
Bütün İQ texnologiyalarda yarımdupleks iş rejimindən istifadə olunur. Bu
onunla əlaqədardır ki, İQ adapter eyni zaman anında həm qəbul həm də ötürmə
proseduralarını yerinə yetirən zaman, vericinin şüalandırdığı impulslar
qəbuledicidə küylərə səbəb ola bilər. Bu da öz növbəsində digər adapterlər
tərəfindən şüalandırılan siqnalları qəbul etməyə çətinlik törədir. Deyilənlərdən
göründüyü kimi İQ cihazlar vahid zaman anında ya qəbul etmə, ya da ötürmə
rejimlərində işləyə bilər. Bu da bir baş (birincili) və bir neçə asılı (ikincili) cihaz
arxitekturasının yaranmasına səbəb oldu. Cihazların bir-biri ilə informasiya
mübadiləsi iki fazadan ibarət olur: sorğu (request) və cavab (respons). Baş cihaz
rabitənin təşkil olunması, səhvlərin emal olunması kimi məsələləri həll edir. Baş
cihaz tərəfindən göndərilən paketlər idarəedici (command frames), asılı cihazlar
tərəfindən göndərilən paketlər isə cavab paketləri (respons frames) adlanır.
İnformasiya mübadiləsi yalnız rabitənin təşəbbüsçüsü olan başçı cihazla aparılır.
Başçı funksiyasını rabitədə iştirak edən istənilən cihaz yerinə yetirə bilər (əgər bu
cihazlar eyni üstündük dərəcəsinə malik olarsa, məsələn, iki kompüter, iki mobil
telefon və s.). Bu yalnız hansı cihazın rabitə qurmaq üçün birinci təşəbbüs
göstərməsindən asılıdır.
İQ cihazlar arasında başçı təyin olunduqdan sonra, bu cihazın əhatə
dairəsində olan bütün İQ adapterlərin identifikasiyası prossesi başlanır. Daha sonra
başçı cihaz onun əhatə dairəsində İQ aktivliyin olub-olmamasını (məsələn, iki
qonşu İQ cihaz arasında verilənlər mübadiləsi) «öyrənməyə» çalışır. Bu
proseduraya 500 ms zaman intervalı ayrılır. Əgər bu yoxlamanın cavabı
müsbətdirsə, onda başçı cihaz informasiyanı ötürmür. Əks təqdirdə, yəni ətrafda İQ
aktivlik müşahidə olunmadıqda verilənlərin başçı tərəfindən ötürülməsinə başlanır.
Maksimal ötürülmə kvantı (davametmə müddətinə görə) 100, 200 və ya 500 ms ola
bilər. Bu parametr cihazın ötürülən informasiyanın qəbul olunması haqqında
təsdiqin gözlənimləsi rejiminə keçənə qədər verilənlərin maksimal ötürülmə
intervalını göstərir. Maksimal ötürülmə kvantı ötürülmə sürətindən, qəbuledicidə
buferin tutumundan asılıdır.
İndi isə infraqırmızı atmosfer kanallarında (İAK) faydalı siqnalın təhrif
olunması səbəblərini araşdıraq. Əvvəl qeyd edildiyi kimi İAK elektrik enerjisi
şəklində olan siqnalı optik enerjiyə və əksinə çevirən bir sistemdir. Siqnalın İAK
vasitəsi ilə ötürülməsi zamanı müəyyən ziəfləmələr baş verir. Optik siqnalın
ümumi zəifləməsini iki əsas təşkiledicinin cəmi kimi göstərmək olar:
1. optik siqnalın vericinin çıxış və qəbuledicinin giriş optik parametrlərinin
uyğunlaşmaması nəticəsində zəifləməsi;
2. optik siqnalın işıq kvantlarının atmosferdə olan su buxarı, karbon qazı
molekulları, aerozol hissəcikləri tərəfindən udulması.
İrDA standartı öz tərkibində iki səviyyənin protokol steklərini birləşdirir:
fiziki səviyyə və proqramm səviyyəsi.
Fiziki səviyyə. Bura İrPL protokolu aid edilir. Bu protokol İQ transiverlərin,
modulyasiya metodlarının kodlama/dekodlama sxemlərinin işini və bir sıra başqa
fiziki parametrləri standartlaşdırır.
Proqram səviyyəsi. Bura iki protokol aid edilir: İrLAP və İrLMP. İrLAP İQ
kanala daxil olma, abonentlərin razılaşması, informasiya mübadiləsi qaydalarını
təyin edir. İrLMP isə İQ kanalın idarə olunması qaydalarını təyin edir. Bu
protokola əsasən İQ adapter multipleksor və eksklyuziv rejimdə işləyə bilər.
Multipleksor rejimində bir fiziki kanal bir neçə məsələnin həll olunmasında
istifadə olunur. Eksklyuziv rejimdə isə sistemin bütün resürsları yalnız bir
məsələnin həllinə yönəldilir.
Hal-hazırda İQ texnologiyala demək olar ki daha müasir naqilsiz rabitə
şəbəkələri olan WiFi və Bluetooth –la əvəz olunur. İQ texnologiyaların geniş
yayıla bilməməsinin əsas səbəbi verilənlərin aşağı ötürülmə sürəti deyil, çox kiçik
təsir dairəsinin olması oldu. Buna baxmayaraq İQ texnologiyalar sferasında
layihələndirmələr bu gün də davam etdirilir.
Dostları ilə paylaş: |