Şəbəkələrin təşki lolunmasını nəzərdə tututr



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix19.12.2022
ölçüsü0,58 Mb.
#121408
1   2   3   4   5   6   7   8   9
Fixed WiMAX. Fiksə olunmuş radiorabitə enlizolaqlı naqilli rabitə 
texnologiyalarının alternativi rolunu oynayır. Bu zaman şəbəkənin bütün hissələri 
sükunətdə qalır. Bu rejimdə 10-66 GHs tezliklərdən istifadə olunur və verici ilə 
qəbuledici arasında düzünə görünüşün olmasını tələb edir. Fiksə olunmuş rejim 
radiorabitənin əsas problemlərindən biri olan- dalğaların çoxşüalı yayılmasını 
aradan qaldırmağa imkan verir. Kanlın eni kifayət qədər böyük- 25- 28 MHs təşkil 
edir.
Nomadic WiMAX. Seans ərzində rabitə rejiminin əsas yeniliyi ondan 
ibarətdir ki, bu zaman istifadəçi avdanlığının rabitə seansları arasında yerini 
dəyişməsi mümkün olur və rabitəni yenidən, başqa baza stansiyası vasitəsi ilə 
bərpa etmək olur. Bu rejim əsasən portativ cihazlar- noutbuklar, cib kompüterləri 
və s. üçün hazırlanıb. Seanslardan istifadə olunması həmçinin istifadəçi 
avadanlıqlarının enerjiyə qənaətini də təmin edir.
Portable WiMAX. Bu rejimədə istifadəçi avdanlığı rabitəni qırmadan 
avtomatik olaraq bir baza stansiyasından digərinə keçə bilir. Lakin bu zaman 
istifadəçinin hərəkət sürəti 40 km/saat- dan artıq olmalı deyil.
Mobile WiMAX. Bu rejim də əvvəlki kimi istifadəçi terminalının avtomatik 
olaraq baza stansiyasını dəyişməyə imkan yaradır. Lakin bu rabitə artıq 120 
km/saat hərəkət sürətində də təşkil oluna bilər. Bundan başqa Mobile WiMAX 
rejiminin bir sıra başqa üstünlükləri də var:
1. Siqnalın çoxşüalı yayılmasına və avdanlığın öz küylərinə davamlılıq; 
2. Rabitə kanalının eninin dinamik olaraq dəyişməsi; 
3. İstifadəçi avadanlığının hərəkət istiqamətinin kəskin dəyişməsi zamanı 
rabitənin stabil qalması; 
4. Rabitə kanalının subkanallara bölünməsi. Bu zaman verilənlərin istifadəçi 
avadanlığı tərəfindən ötürülməsi optimallaşdırılır; 
5. Enerjiyə qənaətin idarə olunması nəticəsində portativ istifadəçi 
avdanlığının gözləmə rejimində enerji sərfiyyatının optimallaşdırılması; 
6. İstifadəçi avadanlığının bir kanaldan digərinə keçməsinin 50 ms- ə qədər 
azaldılması.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin