Şəbəkənin İnstitusional layihəsi çərçivəsində daha bir layihə keçirildi



Yüklə 9,96 Kb.
tarix22.10.2017
ölçüsü9,96 Kb.
#11499

Şəbəkənin İnstitusional layihəsi çərçivəsində

daha bir layihə keçirildi
Dekabr ayının 3 və 4-də Gəncə şəhərində Azərbaycan Zərərin Azaldılması Şəbəkləsinin(ZAŞ) institusional layihəsi çərçivəsində daha bir tədbir keçiriıib. Gəncənin Media Mərkəzində düzənlənən tədbirin mövzusu Zərərin Azaldılması Proqramı Azərbaycanda: bu günkü vəziyyət və inkişaf perspektivləri” idi. Qeyd edək ki, seminar-təlim xarakterli tədbir ZAŞ (“Sağlam Həyat Tərzinin Təbliği”İctimai Birliyi) qurumlarının (Sağlam Həyat və İnkişaf” İB) təşkilatçılığı və iştirakçılığı ilə baş tutub. Təlimdə müxtəlif qurumları təmsil edən 28 nəfər iştirak etmişdir.
2 gün ərzində keçirilən seminarda zərərin azaldılması nədir, HİV/ AİDS-in profilaktikası, zərərin azaldılması istiqamətində həyata keçirilən tədbirlər, bu günkü vəziyyət və inkişaf perspektivləri və eləcədə bu sahədə birgə əməkdaşlıq məsələlərinə toxunulmuşdur.

Seminarın həyata keçirilməsində əsas məqsədlər:

— Risk qrupları arasında HİV və AİDS – lə bağlı məlumatlılıq səviyyəsinin tədqiqi;

— Risk qrupları arasında HİV və AİDS – ə yoluxmanın qarşısının alınması və ondan qorunmanın yolları haqqında maariflənləndirmənin gücləndirilməsi;

—Risk qruplarının təhlükəsiz, müdafiəli seks təcrübəsinə cəlb edilməsidir (dəstək qruplarının yaradılması).
İştirakçılardan Zeynalova Mehriban “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri,

Müşviq Cəfərov “Cələcəyə körpü” İB, təşkilatın sədri, Vüsal Məmmədov Trend informatsiya agentliyi qərb bölgəsi üzrə bölgə müxbiri, Ramil Göyuşov “Qazax Regional İnkişaf Resursları” İB, təşkilatın sədri, Mina Əlizadə Anaların və Uşaqların İnkişafı cəmiyyəti, Cahangir Cəfərov Internyus Azərbaycan Jurnalistika mərkəzi, Gəncə bölgəsi üzrə koordinator, Qurbanov Ruflan Məşğulluq idarəsi, Məqsəd Rəhimov Day.Az İnformatsiya Agentliyi, Sevinc Vəliyeva “Sağlam Həyat və İnkişaf” İB məsləhətçi həkim narkoloq, Bəsdi Həsənova “Sağlam Həyat və İnkişaf” İB məsləhətçi həkim dermatoloq, Cavid Muradov (Atatürk XF), Məmmədova Arzu (Anaların və Uşaqların İnkişafı Cəmiyyəti İB), Cabbarova Səbinə “Təmiz Dünya” İB, Elnarə Məmmədova “Sağlam Həyat və İnkişaf” İB, Konül Əliyeva Həkim infeksionist, Əsgərova Elmira Helsinki Vətəndaş Hüquqlarının Müdafiəsi Cəmiyyəti Qərb Bölgə Nümayəndəliyi, Bəylər Rəhimbəyli Hüquq müdafiəçisi, Eminbəyli Ceyhun “Sağlam Həyat və İnkişaf” İB təşkilatın sədri, Fikrət Babayev hüquq müdafiəçisi, Vahid Verdiyev “Sağlam Həyat və İnkişaf” İB, Rufat Dərgahzadə “Sağlam Həyat və İnkişaf” İB məsləhətçi hüquqşunas, Qalib Əliyev Məhkəmə işçisi, hüquq müdafiyəçisi, Firuddin Qurbanov “Sağlam Həyat və İnkişaf” İB sosial işçi, Kamaleddin Huseynov “Sağlam Həyat və İnkişaf” İB autriç işçi, Rəhimova Həmayət “Sağlam Həyat və İnkişaf” İB məsləhətçi həkim ftiziator, Elcin Eminbəyli “Sağlam Həyat və İnkişaf” İB autriç işçi, Məhərrəm Göyüşov müzakirə olunan mövzularla bağlı fikirlərini açıqladılar. Təlim sessiyası interaktiv müzakirələrç qarşılıqlı anlaşma və gələcək persrektivlərə dair fikir mübadiləsi ilə keçib.




Azərbayca Zərərin Azaldılması Şəbəkəsini (“Sağlam Həyat Tərzinin Təbliği” İB) -nin İctimaiyyətlə Əlaqələr Şöbəsi

17 dekabr2009-cu il


Tel/Fax: (994 12)4403133 E-mail: office@hrn-az.org
Yüklə 9,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin