SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


gündən az müddət qalarsa, 2 gün müddətində (lakin səsvermə



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix26.11.2023
ölçüsü2,33 Mb.
#135914
1   ...   24   25   26   27   28   29   30   31   ...   53
E3htp6gVWvwhqfeN3FHZ (2)

gündən az müddət qalarsa, 2 gün müddətində (lakin səsvermə 
günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün 
isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. 
5. SM-nin 113.1.-ci maddəsi: Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, 
siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini 
pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə 
həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların 
blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə 
xəbərdarlıq edir. 
6. SM-nin113.2.-ci maddəsi Namizədin, referendum üzrə təşviqat qrupunun 
qeydiyyatı aşağıda göstərilən hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada 
məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta 
üzrə qərarı əsasında ləğv olunur.


45 
2.
 
MƏHKƏMƏLƏRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ 
Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar
siyasi partiyalar blokları, seçicilərin təşəbüs qrupları, onların vəkil 
edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, seçicilərin təşəbbüs 
qrupları, müşahidəçilər, seçki komissiyaları və onların üzvləri, 
habelə qanunla müəyyən edilmiş qaydada seçkilərdə iştirak edən 
qeyri-hökumət təşkilatları Mərkəzi Seçki Komissiyasının qərarından, 
hərəkətindən, hərəkətsizliyindən və Mərkəzi Seçki Komissiyası 
sədrinin hərəkətindən və hərəkətsizliyindən 
şikayətçinin yaşayış 
yerinin və ya olduğu yerin yerləşdiyi ərazi üzrə apellyasiya 
məhkəməsinə
şikayət verə bilərlər.
Şikayət qərarın dərc edildiyi və ya alındığı, hərəkətin
hərəkətsizliyin baş verdiyi gündən və ya bu haqda məlumat 
alındığı gündən başlayaraq 3 gün müddətində verilir. 
Əgər şikayətin verilməsi müddəti ötürülübsə, şikayətdə və ya 
şikayətə əlavə edilən ayrıca vəsatətdə bunun üzrlü səbəbdən baş 
verməsi ilə bağlı onun bərpa edilməsi xahiş edilə bilər. Məhkəmə 
müddətin buraxılmasından üzrlü və ya üzrsüz səbəbdən baş 
verdiyini, 
müddətlərin 
bərpasının 
və 
ya 
uzadılmasının 
mümkünlüyünü və başqa məsələləri yoxlamalıdır (İnzibati 
Prosessual Məcəlləsinin 24-cü maddəsi). Prosessual müddətin bərpa 
olunması barədə vəsatət verilməmişsə, həmin müddət keçdikdən son-
ra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə 
qaytarılır.
Seçki hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya 
instansiyası məhkəmələrinə Seçki Məcəlləsi və İnzibati Prosessual 
Məcəllə ilə müəyyən edilmiş qaydada verilir. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin