53
şikayətçinin xahişi göstərilir.
Şikayətin sonunda şikayətçi onu imzalayır və tarix qoyur.
Şikayətçi şikayətə pozuntu ilə bağlı sübutedici sənədlər əlavə edilə
bilər.
Şikayətin pozuntunun baş verdiyi vaxtdan
dərhal və ya daha tez
müddətə verilməsi məqəsdəuyğundur.
Cinayət əməli hesab edilən seçki hüquq pozuntularından şikayət
prokurorluq orqanına verilir.
Bunlarla yanaşı, seçki prosesində baş verən və seçki hüquq
pozuntuları ilə bağlı olmayan cinayət əməlləri ilə bağlı adidiyyatı
orqana - polisə, prokurorluğa və ya digər hüquq mühafizə orqanına
şikayət verilə bilər.
5.
SEÇKİ HÜQUQ POZUNTUNA DAİR ŞİKAYƏTLƏRİN
ARAŞDIRILMASI VƏZİYYƏTİ
Şikayətlərin araşdırılması təcrübəsinin
təhlili göstərir ki, seçki
komissiyalarında və məhkəmələrdə şikayətlərə baxılması bir qayda
olaraq, obyektiv və ədalətli aparılmır.
Seçki komissiyalarında şikayətlərin araşdırılması təcrübəsinin təhlili
şikayətlərinin araşdırılmasında aşağıdakı problemlərin olduğunu
göstərib:
Ərizəçilərə bir qayda olaraq, seçki komissiyalarında
şikayətlərə baxılması vaxtı barədə məlumat verilmir:
Seçki
Məcəlləsinin 112-1.7-ci maddəsinə görə seçki komissiyası
ərizəçiyə şikayətə baxılma yeri və vaxtı barədə 1 gün əvvəl
məlumat verməlidir. Lakin seçki komissiyaları şikayətlərə baxılma
yeri və vaxtı barədə ərizəçilərə demək olar ki, məlumat vermirlər.
54
Bu səbəbdən də ərizəçilər əksər hallarda şikayətlərə baxılması
proseslərində iştirak edə və öz tələblərini müdafiə edə bilmirlər.
Dostları ilə paylaş: