Şikayətləri araşdıran ekspert qrupları müstəqil deyillər: Seçki
Məcəlləsinə və MSK-nın müvafiq Təlimatına görə şikayətləri
araşdıran ekspert qrupu seçki komissiyası üzvlərindən və seçki
komissiyası katibliyinin əməkdaşlarından təşkil olunur. Eksprt
qruplarının bu cür təşkili onu müvafiq seçki komissiyalarından
asılı edir. Bu səbəbdən də ekspert qrupları şikayətləri araşdırarkən
müstəqil və obyektiv mövqe nümayiş etdirmirlər.
Şikayətin araşdırılması səthi və birtərəfli aparılır: Ekspert
qrupları
bir
qayda
olaraq,
şikayətləri
pozuntuların
təsdiqlənməməsi üzrə araşdırırlar və nəticə etibarı ilə şikayətlər
üzrə birtərəfli Rəylər veriblər. Bu Rəylər əsasında isə seçki
komisiyaları eyni qərarlar qəbul edirlər.
Şikayətlərin baxılması üzrə seçki komissiyaları qanuni vəzifələrini tam yerinə yetirmirlər: Seçki komisiyaları bir sıra
hallarda şikayətlərin araşdırılmasından və şikayətin araşdırılması
üzrə öz üzərinə düşən vəzifələri tam yerinə yetirməkdən
yayınırlar. Belə ki, komissiyalar bəzən müxtəlif bəhanələrlə
şikayətləri araşdırmır, inzibati xəta və cinayət əməli ehtimal edilən
qanun pozuntuları üzrə məhkəmələrə və hüquq mühafizə
orqanlarına müraciət etmirlər. Halbuki, Seçki Məcəlləsinin 88.7-ci
və 112-1.6.5 maddələri ilə seçki komissiyalarının üzərinə belə
vəzifələr qoyulur.
Seçki komissiyalarının seçki şikayətlərinə dair qərarları əsaslandırılmır: Seçki
komissiyalarının şikayətlərin təmin
edilməməsi üzrə gəldikləri nəticələr faktlara və hüquqi əsaslaraa
söykənmir. və bu cür qərarlar nəticə etibarı ilə seçki
qanunvericiliyinə uyğun olmur.
55
Məhkəmələr tərəfindən şikayətlər obyektiv və ədalətli