SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


Qadınlara seçki hüququ isə 1893-cü ildə ilk dəfə Yeni



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix26.11.2023
ölçüsü2,33 Mb.
#135914
1   2   3   4   5   6   7   8   9   ...   53
E3htp6gVWvwhqfeN3FHZ (2)

Qadınlara seçki hüququ isə 1893-cü ildə ilk dəfə Yeni 
Zellandiyada verilib. Daha sonra Şimali Avropa dövlətləri 
qadınlara bu hüququ tanıyıb 
Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri, kommunikativ 
texnologiyaların inkişafı nəticəsində seçki mexanizmlərinin də 
universallaşması baş verir və seçkilərin beynəlxalq standartları 
yaranır.
Son onilliklərdə beynəlxalq seçki standartlarını müəyyən edən bir 
sıra mühüm beynəlxalq sənədlər qəbul olunub.
Hazırda demokratik hüquqi cəmiyyətlərdə seçki qanunvericilikləri bu 
sənədlərlə müəyyən edilmiş təməl norma və prinsiplərə əsaslanır.
Bu gün beynəlxalq seçki norma və standartları, əsasən, İnsan 
hüquqları haqqında Ümumi Bəyannamə, İnsan hüquqları və 
əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və 
onun 1 saylı Protokolu, Mülki və siyasi hüquqlar haqqında 
Beynəlxalq Pakt kimi sənədlərdə öz əksini tapıb. 
İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə əsasən (21-ci 
maddə), hər bir şəxs dövlətin idarə olunmasında bilavasitə və ya azad 
şəkildə seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna 
malikdir.
Xalqın iradəsi iqtidar hakimiyyətinin əsası olmalıdır: 
bu iradə öz 
ifadəsini gizli səsvermə yolu ilə, ümumi və bərabər seçki hüququ 
və ya səsvermənin azadlığını təmin edən digər eyni cür formalar 
əsasında keçirilən mütəmadi və saxtalaşdırılmamış seçkilərdə 
tapmalıdır. 
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən (25-ci 
maddə) hər bir insan heç bir ayrı-seçkilik və əsassız məhdudiyyət 
qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır: 



a) dövlət işlərinin aparılmasında istər bilavasitə, istərsə də azad 
şəraitdə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək; 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin