80
Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin,
səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması
qaydalarının pozulmasına görə-
xəbərdarlıq
edilir
və
ya
əlli
manatdan
yetmiş
manatadək məbləğdə cərimə edilir.
Maddə 170. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən
istifadə qaydasının pozulması
Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin
nəticələri barədə protokollar imzalananadək yuxarı
seçki
komissiyalarının
informasiya
xidmətlərindən
aşağı
seçki
komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu
təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə
-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli
şəxslər dörd yüz manatdan altı yüz
manatadək məbləğdə cərimə
edilir.
Maddə 171. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya
zorakılığa çağıran çıxışlar edilməsi, yaxud belə materialların
yayılması
Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran
çıxışlar edilməsinə, yaxud belə materialların yayılmasına görə-
altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 172. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına
daxil edilməsi
Seçicinin bilərəkdən birdən çox seçici siyahısına
daxil edilməsinə
görə -
81
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: