47
İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi
hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə
30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18
saatdan gec olmayaraq təqdim olunmalıdır.
Apellyasiya məhkəməsinin qərarından həmin qərarın
tam formada
təqdim olunduğu gündən
3 gün müddətində Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər. B
u şikayətə
3
gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa
2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq),
səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə
dərhal
baxılmalıdır.
Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız
apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
3.
İNZİBATİ XƏTA HESAB EDİLƏN SEÇKİ HÜQUQ
POZUNTULARI ÜZRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ
İnzibati Xətalar Məcəlləsinə (İXM) görə ictimai münasibətlərə qəsd
edən,
hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq
üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət
və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
İnzibati xətaya yol vermiş şəxs barəsində inzibati tənbeh cəzası tətbiq
edilir. İnzibati tənbeh məsuliyyət tədbiridir
və inzibati xəta törədən
şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm
inzibati xəta törətmiş şəxs, həm də başqa
şəxslər tərəfindən yeni
inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
Dostları ilə paylaş: