SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix26.11.2023
ölçüsü2,33 Mb.
#135914
1   ...   35   36   37   38   39   40   41   42   ...   53
E3htp6gVWvwhqfeN3FHZ (2)

 
 
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına 
İddiaçı: Cahangir Əliş oğlu Səfərli tərəfindən 
Ünvan: Bakı şəhəri, Əlişov prospekti 15/3 
Tel:_____ 
Cavabdeh: Azərbaycan Respublikasının 
Mərkəzi Seçki Komissiyası 
Ünvan: Bakı şəhəri, S. S. Axundov 1E 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 
“____” ________ 20_ ci il tarixli ___ saylı qərarından 
İddia ərizəsi 
Mən, Cahangir Əliş oğlu Səfərli “____” ________ 20__ ci il 
tarixdə 8 saylı Binəqədi birinici seçki dairəsindən Azərbaycan 
Respublikası Milli Məclisə deputatlığa namizədliyimi öz 
təşəbbüsümlə irəli sürmüşəm. Deputatlığa namizədliyimin qeydə 
alınması üçün zəruri sayda seçici imzalarını və digər sənədləri 
qanunla nəzərdə tutulan müddətdə8 saylı Binəqədi birinici seçki 
dairəsi Dairə Seçki Komissiyasına (DSK) təqdim etmişəm. 
Lakin DSK namizədliyimin qeydə alınmasından imtina etmiş və öz 
qərarını namizədliyimin müdafiəsi üçün seçici imzaları toplayan 
şəxslərlə müqavilə bağlamamağımla əsaslandırmışdır. 
DSK-nın qərarını qanunsuz hesab edərək Azərbaycan Respublikası 
Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət vermişəm. MSK 
şikəytimin təmin etməməsi və DSK-nın qərarının dəyişdirilmədən 
saxlanması barədə “___”_____20__ tarixli __ saylı qərar 
çıxarmışdır. 
Hesab edirəm ki, DSK-nın müvafiq qərarı əsassız olduğu üçün MSK 
tərəfindən ləğv edilməli və məninm deputatlığa namizədliyim qeydə 
alınmalı idi. Belə ki, mən seçici imzalarının toplanması prosesinə 
yaxın qohumlarım Cavanşir Əliş oğllu Səfərli və Əlişir Əliş oğlu 


60 
Səfərlini cəlb etmişəm. Həmin şəxslər seçici imzalarının 
toplanmasında könüllü olaraq iştirak etmişlər və imza toplanmasında 
sadəcə mənə köməklik göstərmişlər. Onlar imzaların toplanmasını 
pulsuz həyata keçirəcəklərini bildirmiş və heç bir müqavilə 
bağlamağa zərurət görməmişlər. Mən bu barədə onların hər ikisi 
tərəfindən verilmiş yazılı izahatı DSK-ya təqdim etmişəm. Lakin 
DSK buna əhəmiyyət verməmiş və mənim namizədliymin qeydə 
alınmasından imtina barədə qərar çıxarmışdır. MSK isə bu qanusuz 
qərarı qüvədə saxlamışdır. 
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası 
İnzibati Prosessual Məcəlləsinin 45, 46 və 130-cu maddələrini əsas 
tutaraq xahiş edirəm: 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “___” 
______20___ tarixli__ saylı qərarının ləğv edilməsi və mənim Milli 
Məclisə deputatlığa namizədliyimin qeydə alınması vəzifəsinin 8 
saylı Binəqədi birinici seçki dairəsi Dairə Seçki Komissiyasıüzərinə 
qoyulması haqqında qətnamə çıxarasınız. 
İmza: Cahangir Əliş olğlu Səfərli 
“____ “ 20_____ - ci il. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin