67
İnzibati xəta protokolunun tərtib edilməsi barədə ərizə nümunəsi
Binəqədi Rayon Polis İdarəsinə
Bələdiyyə seçkilərində M.Ə.Rəsulzadə bələdiyyəsinə namizədliyi
qeydə alınmış Əhmədov
Mehdi Nəbi oğlu tərəfindən
Ünvan: Bakı ş, M.Ə. Rəsulzadə qəsəbəsi, Həsənzadə küçəsi, ev 1
Ərizə
“___” ________ 20_ ci il tarixə
təyin edilmiş Bələdiyyə
seçkilərində M.Ə.Rəsulzadə bələdiyyəsinə namizədliyim qeydə
alınmışdır. Seçki qanunvericiliyinə uyğun
olaraq təbliğat-təşviqat
kampaniyası çərçivəsində təşviqat materiallarım Binəqədi rayonu
ərazisində MSK-nın müəyyən etdiyi lövhələrdə asılmışdır.
Lakin mənim təşviqat plakatlarım və digər təşviqat materiallarım
namizədi olduğum dairədən namizədliyi qeydə alınmış
Hüseynov
Hacı Mayıl oğlunu yaxın adamları və qohumları tərəfindən qəsdən
məhv edilmiş, bu yolla təşviqat materiallarımın yayılmasına mane
olunmuşdur.
Bu hadisədən sonra mən şəxsən hadisə olan yerdə araşdırma
aparmışam. Şahidlərin dedikləri və mənim həmin şəxslər barəsində
şübhələrin inzibati xətanı törədənlərin şəxsiyyətini müəyyən etməyə
imkan yaratdı. Tez bir zamanda
mən həmin hadisəni törətmiş
şəxslərin ünvanlarını öyrəndim və həmin şəxslərin namizəd
Hüseynov Hacı Mayıl oğlunun təşviqatında
iştirak edən şəxslər
olduğunu müəyyən etdim. Mən onlara niyə belə hərəkət etdiklərini
soruşduqda, onlar mənə bunu təşviqatında iştirak etdikləri namizədin
xeyrinə qəsdən törətdiklərini
və heç bir məsuliyyətdən
çəkinmədiklərini bildirdilər.
Hesab edirəm ki, bu hərəkətlərlə mənim seçkiqabağı təşviqat
hüquqlarım pozulmuşdur.
68
Törədilən əməl İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə
nəzərdə tutulmuş məsuliyyət müəyyən
etdiyindən hesab edirəm ki,
namizəd Hüseynov Hacı Mayıl oğlunun təşviqat kampaniyasında
iştirak edən həmin şəxslər barəsində inzibati icraata başlanmasına
əsas vardır.
Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş ediəm:
“__” ________ 20_ ci il tarixdə törədilmiş inzibati xəta barəsində
müvafiq qərar qəbul edib işi məhkəməyə göndərəsiniz.
İmza: Əhmədov Mehdi Nəbi oğlu.
“__” ________ 20_ ci il.
Əlavə edilir:
1. Korlanmış təşviqat materialının şəkli
2. Təşviqat materialının korlanmasına dair şahidlərin izahatları