SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


  2. AZƏRBAYCAN RESPUBLİKASININ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix26.11.2023
ölçüsü2,33 Mb.
#135914
1   ...   41   42   43   44   45   46   47   48   ...   53
E3htp6gVWvwhqfeN3FHZ (2)

 


73 
2. AZƏRBAYCAN RESPUBLİKASININ
İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİNDƏN 
 ÇIXARIŞ 
 
 
Maddə 130.
 Seçki (referendumda iştirak) hüquqlarının 
müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri
 
130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə 
bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə 
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş 
qaydada verilir.
130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə 
dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün 
müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün 
müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə 
günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal 
baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq 
seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. 
Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar 
edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına 
və onun həll edilməsinə mane olmur. 
130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi 
hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 
gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec 
olmayaraq təqdim olunmalıdır. 
130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada 
təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət 
verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 
gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə 
günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra 
daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. 


74 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin