79
Maddə 166. Namizəd haqqında bilərəkdən yalan məlumatlar
yayma
Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya
seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan
məlumatlar dərc etməyə və ya onları başqa
üsullarla yaymağa görə-
yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 167.
Seçki (referendum) komissiyası üzvünün,
müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi
partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə
təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi
informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması
Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin,
vəkil
edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların
bloklarının, referendum
üzrə
təşviqat
qrupunun səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
ilə müəyyən edilmiş
hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və
məlumatların vaxtında alınması və seçki
sənədlərinin surətlərinin
təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə-
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: