b) səs vermək və ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən və seçicilərin sərbəst iradəsini təmin edən həqiqi vaxtaşırı seçkilərdə seçilmək. Sadalanan və digər beynəlxalq sənədləri nəzərdən keçirərkən aydın
olur ki,
müasir seçki standartları ümumi, bərabər, azad, gizli və birbaşa seçki hüququna və seçkilərin mütəmadiliyi prinsipinə əsaslanır.
Bunlarla yanaşı 1990-cı ildə Danimarkanın Kopenhagen şəhərində "bəşəri meyarlarla" bağlı keçirilmiş konfransda qəbul olunmuş ATƏT qarşısında öhdəliklər də vətəndaşların öz ölkəsinin idarə olunmasında iştirak etmək hüququnun təminatında seçkilərin həlledici rolunu nəzərə alır. Kopenhagen sənədində iştirakçı dövlətlər plüralist demokratiya və
qanunun aliliyini bütün insan hüquqları və əsas azadlıqlarına
hörmətin təmin olunmasının əhəmiyyətli faktoru kimi qəbul ediblər.
Kopenhagen sənədinin 6-cı bəndində bəyan edilir ki; İştirakçı dövlətlər bəyan edirlər ki, dövri və həqiqi keçirilən ədalətli
seçkilərdə insanların sərbəst və dürüst şəkildə ifadə edilən iradəsi hər
hər bir hökumətin hakimiyyətinin və qanuniliyinin əsasını təşkil edir.
İştirakçı dövlətlər öz vətəndaşlarının dövlətin idarə edilməsində
birbaşa və ya azad, ədalətli seçkilərlə seçilmiş nümayəndələri vasitəsi
ilə iştirak etmək hüququna hörmət edirlər.
Onlar öz qanunları və beynəlxalq hüquqi öhdəliklərinə müvafiq
olaraq qorunan və müdafiə olunan məsuliyyətlərini tanıyır və xalqın
azad iradə ifadəsi ilə müəyyən edilən, terrorizmi və hər cür zorakılığı
rədd edən demokratik qaydaları qəbul edir və digər iştirakçı
8
dövlətlələrə də eyni qaydada münasibət bəsləyirlər.
Kopenhagen sənədinin 7-ci bəndində isə, iştirakçı dövlətlər