83
Maddə 178.
Anonim təşviqat materiallarının və ya reklamların
hazırlanması və yayılması qaydalarının pozulması
178.1. Seçkiqabağı və ya referendum ilə bağlı
nəşr və audiovizual
təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını
sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış
tarixi
barədə məlumatların göstərilməməsinə görə-
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
178.2. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya
qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və
yayılmasının, yaxud xeyriyyə xidməti
göstərilməsinin Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının
pozulmasına
görə -
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
178.3. Siyasi partiyaların, siyasi partiyaların bloklarının,
namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı
formada
razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına,
yaxud yayılmasına görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: