10
2.
AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASINDA
SEÇKİ HÜQUQUNUN HÜQUQİ MÜDAFİƏSİ
İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında
Avropa
Konvensiyasının (Konvensiya) 1 saylı Protokolunun “azad seçki
hüququ” adlanan 3-cü
maddəsində göstərilir ki, iştirakçı dövlət
qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst
ifadə
edə biləcək şəraitdə, ağlabatan dövriliklə gizli səsvermə yolu
ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.
Konvensiyada təsbit olunan azad seçki
hüququnun pozuntusu üzrə
hüquqi müdafiə mexanizmi Avropa İnsan Hüquqları Məhkəməsidir.
Qeyd edək ki, Konvensiyanın 1 saylı Protokolun 3-cü maddəsi
əsasən qanunverici orqanın seçilməsinə aiddir, lakin bu ifadə
təkcə milli parlamentlə məhdudlaşmır.
Belə ki, burada müvafiq dövlətin konstitusiya quruluşu nəzərdən
keçirilməlidir (Timke Almaniyaya qarşı, Komissiyanın qərarı).
Ümumiyyətlə, 1 saylı Protokolun 3-cü
maddəsinin tətbiq dairəsinə
yerli seçkilər, yəni istər bələdiyyə seçkiləri (Ksuereb Maltaya qarşı;
Salleras Llinares İspaniyaya qarşı), istərsə də regional seçkilər
(Malyar Fransaya qarşı) daxil deyil.
Avropa İnsan Hüquqları Məhkəməsi (Məhkəmə) bu qənaətə
gəlib ki, bir çox ölkələrdə yerli hakimiyyət orqanlarına həvalə
olunan tənzimləyici normativ aktları və qaydaları qəbul etmək
səlahiyyətini 1 saylı Protokolun 3-cü maddəsində qeyd edilən
qanunvericilik
səlahiyyətindən
fərqləndirmək
lazımdır,
baxmayaraq ki, qanunvericilik səlahiyyətinə malik orqan təkcə
milli parlamentlə məhdudlaşmır (Molka Polşaya qarşı
(qərardad)).