Altıhecalılar
-
Acda aman olmaz,
Toxda iman olmaz.
-
At vurub dizinə,
İndi gələr özünə.
-
Açaram sandığı,
Tökərəm pambığı.
-
Aşıq vaydan qaçar,
Molla toydan qaçar.
-
At görür axsayır,
Su görür susayır.
-
Ata-yumaqlanar,
Oğul budaqlanar.
-
Adın nədir? Gülnaz,
Öyrənən can durmaz.
-
Arvad var, ev yıxar,
Arvad var, ev yığır.
-
Bir ayağı burda,
Bir ayağı gorda.
-
Bir qız ərə gedər,
Min qız yelə gedər.
-
Bir var min gətirər,
Min var, ad itirər.
-
Varını it yesin,
Yaxanı bit yesin.
-
Qulun olunca at,
Yiyəsi qalar mat.
-
Qızının isməti,
Atanın dövləti.
-
Quş qanadı ilə.
Adam adı ilə.
-
Qatığı ellərdə,
Pendiri çöllərdə.
-
Qoruyub varını,
Unutma arını.
-
Qaradan qaş olmaz,
Yaddan qardaş olmaz.
-
Dərd var, gələr keçər,
Dərd var,dələr keçər.
-
Erkək cib doldurar,
Dişi güz doldurar.
-
Ərə də bir dəfə,
Gora da bir dəfə.
-
İnsanı qəm yıxar,
Barını nəm yıxar.
-
Ya quzuqulağı,
Ya bağayarpağı.
-
Yaxşıdan ad qalar,
Yamandan dad qalar.
-
Yazın bulanlığı,
Qışın yavanlığı.
-
Ya Lələ şələni,
Ya şələ Lələni.
-
Yağ dırnaqda gedər,
Bal barmaqda gedər.
-
Ümid olma nisyə,
Gələ girə kisyə.
-
Yel önündə yundu,
Dağ başında ündü. (qoca)
-
Kimisi aş yeyər,
Kimisi daş yeyər.
-
Gəldin yad ocağa,
Salma dad ocağa.
-
Gəlini gərdəkdə,
Uşağı bələkdə.
-
Övlad da vaxtında,
Dövlət də vaxtında.
-
Oğlan kamal ilə,
Qızsa camal ilə.
-
Söz var- el içində,
Söz var- ev içində.
-
Soydular, soydular,
Soyxalara qoydular.
-
Sadəlik gətirər,
Lovğalıq itirər.
-
Tutulmamış oğru,
Xandan, bəydən doğru.
-
Toyunku oynamaq,
Vayınkı ağlamaq.
-
Tayası yanan mən,
Əli kösövlü sən.
-
Çatarsan vaxtıma,
Çıxarsan taxtıma.
-
Buyur buyruğunu,
Salla quyruğunu.
Yeddihecalılar
-
Aşı bişirən yağdı,
Gəlinin üzü ağdı.
-
Alan alıb aldadıb,
Satan satıb pullanıb.
-
Ağ günüm, qara günüm,
Hara yetsin, bu ünüm.
-
Ay daş atan bəxtəvər,
Daşın da bir vaxtı var.
-
Artıq tamah daş yarar,
Daş qayıdıb baş yarar.
-
Acıtmalı bozdamac,14
Əlim xəmir, qarnım ac.
-
Artıq tamah baş yarar,
Artıq tikə diş qırar.
-
Al da geysə yaraşır,
Şal da geysə yaraşar.
-
Analının özü çox,
Anasızın sözü çox.
-
Ağızlara söz oldum,
Ayaqlara toz oldum.
-
Ay cüt gəzən bəxtəvər,
Heç demirsən tək də var.
-
Ağlarsa anam ağlar,
Qalanı yalan ağlar.
-
Aranda tutdan oldum,
Dağda qurutdan oldum.
-
Arşın gətir, bez apar,
Çuval gətir, qoz apar.
-
At ölər, meydan qalar,
İgiddən ad-san qalar.
-
Ayda-ildə xoş gəldin,
Gündə-gündə nöş gəldin.
-
Ağ yudu qara sərdi,
Bilmədi hara sərdi.
-
Ayranındır, şorundur,
İndi növbə korundur.
-
Ağam bir xatın aldı,
Davanı satın aldı.
-
Ayda, ildə bir namaz,
onu da şeytan qoymaz.
-
Ayranı yox içməyə,
Kür axtarır keçməyə.
-
Ayran tapmır içməyə,
Nazla gedir çeşməyə.
-
Arvadı əri saxlar,
Pendiri dəri saxlar.
-
Ağlama, cırtdan bala,
Ağzı yoğurtdan15 bala.
-
Ağlayan göz yaş gətirər,
Yeyən ağız aş gətirər.
-
Ağamız padar oldu,
Yer, göy bizə dar oldu.
-
Arıq atda təpər çox,
Yeriməyə hünər yox.
-
Arvadı özü saxlar,
Pendiri duzu saxlar.
-
Adam var-eldən gedər,
Adam var-evdən gedər.
-
Aclıq nələr yedirməz,
Toxluq nələr dedirməz.
-
Bağ belə, bostan belə,
Tağları şələ-şələ.
-
Bağda ərik var idi,
Salam Məlik var idi.
Bağdan ərik qurtardı,
Salam Məlik qurtardı.
-
Balçının var bal tası,
Odunçunun baltası.
-
Bəxtini narda sına,
Sevdiyin yarda sına.
-
Bu kimin qızıdı,
Almadan qırmızıdı.
-
Bildik-yel dəyirmanı,
Bəs bunun suyu hanı?
-
Bağ alma,bağlanarsan,
Dağ alma, dağlanarsan.
Qoyun al, yağlanarsan.
-
Bəy evindən küt gəldi,
Dalınca da it gəldi.
-
Biz ümid olduq daza,
Daz özün qoydu naza.
-
Bir vermə, bir də istər,
Yatmağa yer də istər.
-
Bildir gedən bildirçin,
Hanı sənin bir qıçın.
-
Bağa bax, üzüm olsun,
Yeməyə üzün olsun.
-
Bəxtini qozda sına,
Oğulda, qızda sına.
-
Bala dadı, bal dadı,
Şirini şirindi,
Acısı da bal dadı.
-
Bildir ölüb atası,
Bu il çıxıb xatası.
-
Bişirdiyi yeyilməz,
Danışdığı deyilməz.
Yamadığı geyilməz,
Tutduğu iş öyülməz.
-
Balam, balam, bal dadır,
Balam adam aldadır.
-
Bülbül olmaz çəmənsiz,
İnsan olmaz vətənsiz.
-
Bir-birinin əksinə,
İşlər gedir, tərsinə.
-
Bir tikə yağ içimi,
Dağ elədi çəkimi.
-
Bulud altdan çıxan gün,
Yaşmaq altdan çıxan dil.
-
-
Bağ saxla, bağlar səni,
Mal saxla, saxlar səni.
-
Boz düzün quş əppəyi,
Qoyunun qış əppəyi.
-
Var əli-kərəm əli,
Yox əli-vərəm əli.
-
Vardan verən Əlidi,
Yoxdan verən dəlidi.
-
Verərsən, ətdən-mətdən,
Vuraram, bərtdən-bərtdən.
Verərsən, şordan-mordan,
Vuraram, ordan-burdan.
-
Qar gəlirsə, var gəlir,
Səbrin niyə dar gəlir?
-
Qırmağa qozumuz var,
Cırmağa bezimiz var.
-
Qonşu qonşuya baxar,
Canını oda yaxar.
-
Qarnımdan çıxıb qada,
Mən kimə gedim dada?
-
Qurban olum zərgərə,
Səni saldı pərgara.
-
Qurban olum boyuna,
Məni saldı oyuna.
-
Qazan qapaqsız olmaz,
Armud saplaqsız olmaz.
Keçəl papaqsız olmaz.
-
Qarğa görüb quş demə,
Xəşil yeyib aş demə.
-
Qudurasan qurbağa,
Gəlir məni vurmağa.
-
Qadın var-qan yatırar,
Kişi var dəm yatırdar.
-
Qarğa özün quş bilər,
Umac özün aş bilər.
-
Qızılquş əldə gəzər,
Gözəl qız dildə gəzər.
-
Qoturam, ay qoturam,
Qoymurlar dinc oturam.
-
Qız, cehizin bitməsin,
Ardıc göyün itməsin.
-
Qoca quyruq yedirər,
Cavan yumruq yedirər.
-
Qız idim soltan idim,
Nişanlandım xan oldum.
Ərə getdim qul oldum,
Ayaqlara çul oldum.
-
Dəyirman iki daşdan,
Məhəbbət iki başdan.
-
Dəmirdilər, misdilər,
Hamısı bir cinsdilər.
-
Dağarcıqda unları,
Allah qırsın bunları.
-
Düşmən səni daşınan,
Sən düşməni aşınan.
-
Dama-dama göl olar,
Daşa-daşa sel olar.
-
Dərələrdən sel kimi,
Təpələrdən yel kimi.
Badeyi-sərsər kimi.
-
Dana alan allanar,
Dana satan pullanar.
-
Döyər, söyər ərim yox,
Yel apardı, öyüm yox.
-
Düzəlib hər yarağı,
Qalıb saqqal darağı.
-
Ditdiliyə dül oldu,
Xan Əhmədə qul oldu.
-
Dadanmışdın dolmaya,
O da bir gün olmaya.
-
Daz-dazınan yatdığı,
Daz da şıllaq atdığı.
-
Danışıram söz olur,
Danışmıram göz olur.
-
Eşşək ağnar küllükdə,
Nə ki, belə tünlükdə.
-
El gəlmə baş aparar,
Sel gəlmə daş aparar.
-
Eniş-yoxuş, yol yaxşı,
Yaxşı-yaman ər yaxşı.
-
Ərim, ərim ərisən,
Çürüm, çürüm çürüsün.
-
Əyri, düzü bəyənməz,
Bu da bizi bəyənməz.
-
Ələmə, ay ələmə,
Məni vermə qələmə.
-
Ər-arvadın savaşı,
Yazla yayın yağışı.
-
Ər atanı el atar,
Ər tutanı el tutar.
-
Ələk, tabaq, qara saç,
Əlim xəmir, qarnım ac.
-
İşim-gücüm bucaqda,
Şillə bəbə qucaqda.
-
İş ki, düşdü arvada,
Ölən günün sal yada.
-
İçdin üzüm suyunu,
Tökdün üzüm suyunu.
-
İstəyirsən bal-çörək,
Al əlinə bel-kürək.
-
Yad oğlu eldən gələr,
Oğulsa beldən gələr.
Ver mənə, atam oğlun.
100.Yeznəsi kor, qaynı kor,
Yaxşı tapıb qaynı kor.
101. Yaralandım yanımdan,
Quşlar doymaz qanımdan.
-
Yayda toxumu satar,
Qışda gözüylə baxar.
-
Yel xəstəliyi:
Oynaqları yalayar.
Ürəyi yaralayar.
-
Yar ağlar gözdən olar,
Yad ağlar üzdən olar.
-
Yel əsəndə yellənir,
Yol görəndə yollanır.
-
Yer insanı bəzəməz,
İnsan yeri bəzəyər.
-
Yaxşı ata bir qamçı,
Yaman ata min qamçı.
-
Yaxşılığa yamanlıq,
Kor eşşəyə samanlıq.
-
Yalın yalaqda qalsın,
Zəncirin mıxda qalsın.
-
Yerli gəldi, yersiz qaç,
Qaçanmasan, quş ol uç.
-
Yarın yara sovqatı,
Bir dəstə bulaq otu.
-
Yeyəsən qaz ətini,
Görəsən ləzzətini.
-
Yağ yağınan qaynayar,
Yarma yavan oynayar.
-
Yağ yeyəni yağ saxlar,
Yeməyəni haqq saxlar.
-
Qışda aşın bişirər.
-
Ya səni mum elərəm,
Ya da ki, şum elərəm.
-
Yayda çəkən zəhməti,
Qışda görər ləzzəti.
-
Yamamasan geyməzsən,
Yalamasan doymazsan.
-
Kor nə istər? Iki göz,
Biri əyri, biri düz.
-
Keçəl baxar güzgüyə,
Adın qoyar özgüyə.
-
Kəfkir batmaz aşına,
Kül tutumsuz başıma.
-
Kəkotu, kəklik otu,
Yerindəcə bərk otu.
-
Keçdi bülbül, keçdi gül,
İstər ağla, istər gül.
-
Keçi can hayındadı,
Qəssab piy hayındadı.
-
Keçəlin dərdi, başı,
Bir qazan ayran aşı.
-
Kişini çörək ilə,
Arvadı xörək ilə.
-
Gedər bağlar qorası,
Qalar üzün qarası.
-
Gəlinliyim, qızlığım,
Bir darayı dizdiyim.
-
Gəzəyən gəzə bilməz,
Gəzməsə dözə bilməz.
-
Gəzdi İran-Turanı,
Cənnət gördü buranı.
-
Gedər bostan xırası,
Qalar üzün qarası.
-
Göyçə təpə göyərdi,
Ərim məni döyərdi.
-
Gördün yarın yar deyil,
Tərkin qılmaq ar deyil.
-
Gülmə, gülmə qonşuna,
Bir gün gələr başına.
-
Günnü günü beş toğlu,
Günsüz günü heç toğlu.
-
Getdi itin birisi,
Gəldi ondan irisi.
-
Gəlin gəlir, xan gəlir,
Evləri yıxan gəlir.
-
Gündüz gəzər obanı,
Gecə sızlar dabanı.
-
Gir Məcnunun gözünə,
Bax Leylinin üzünə.
-
Gündə günüm belədir,
Para çörək cirədi.
-
Gözəldən göz çəkilməz,
Çirkindən üz çəkilməz.
-
Mənə bax, nə haldayam,
Yara bax, nə sallanar.
-
Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm.
Mən kəsirəm, sən də kəs.
-
Nə coraba yumaqdı,
Nə yırtığa yamaqdı.
-
Nə yarpaqdan ruzi var,
Nə torpaqdan ruzi var.
-
Nə gedənə yoldaşdı,
Nə qalana qardaşdı.
-
Nə yoğurdu, nə yapdı,
Hazırca kökə tapdı.
-
Nə ölüyə pay verir,
Nə diriyə hay verir.
-
Yazda əkin əkərəm,
Qışda səfa çəkərəm.
-
Nə umursan bacından,
Bacın ölür acından.
-
Qar gəlirsə var gəlir,
Səbrin niyə dar gəlir.
-
Nə tökərsən aşına,
O çıxar qaşığına.
-
Nə tökürsən qazana,
Daşar, tökülər yana.
-
Oğul olsun, qız olsun,
Əl-ayağı düz olsun.
-
O qədər nanə bitib,
Reyhan arada itib.
-
Oğlan sevən qucaqda,
Ana alan bucaqda.
-
Oba durdu düzməyə,
Gəlin getdi gəzməyə.
-
Oğrunun əli uzun,
Doğrunun dili uzun.
-
Ölmə, eşşəyim ölmə,
Yaz gələr, yonca bitər.
-
Özü yəhər qaşında,
Gözü ocaq başında.
-
Ölməz, itməz Xədicə,
Görər nəvə-nəticə.
-
Ördək öldü-qaz qaldı,
Sim qırıldı, saz qaldı.
-
Ölüm var, ölüm kimi,
Ölüm var, zülüm kimi.
-
Özün yəhər başında,
Gözün ocaq daşında.
-
Paltar yumaq bir çeşlik,
Qayğısı var-bir qışlıq.
-
İki dişin dörd olsun,
Tabaqlara qurd olsun.
-
Səninkini qaynadaq,
Mənimkini oynadaq.
-
Söz var, şöhrət gətirər,
Söz var, töhmət gətirər.
-
Saralıb sapa dönüb,
İncəlib ipə dönüb.
-
Torpağı daşlı yerdən,
Qızı qardaşlı yerdən.
-
Tutan gedər təp-təzə,
Görənə verirlər cəza.
-
Tərəkəmə, tərk otur,
Eşşək üstə bərk otur.
-
Toydan sonra nağara,
Xoş gördük Bayram ağa.
-
Təzə gəldi bazardan,
Köhnə düşdü nəzərdən.
-
Toya gedər oynamaz,
Vaya gedər ağlamaz.
-
Uzunduraz, beynamaz,
Xeyrə-şərə yaramaz.
-
Uşaqlı ev bazardır,
Uşaqsız ev məzardır.
-
Uzun-uzun meşələr,
Sizdən qalmış peşələr.
-
Uzun yerdən kəsərlər,
Uman yerdən küsərlər.
-
Üstü zəmi-biçərlər,
Altı bulaq-içərlər.
-
Xamralı xas əppəyi,
Bağrına bas əppəyi.
-
Xeyir dilə qonşuna,
Xeyir gəlsin başına.
-
Xeyirsiz xeyir verməz,
Paxılın üzü gülməz.
-
Həyat nədir? Həyat nə?
Əvvəli yaşıl yarpaq.
Axırı qara torpaq.
-
Hər nə versən-adındır,
Hər nə yesən –dadındır,
Hər nə qalsa-yadındır.
-
Haca gedən də gəldi,
Saca gedən gəlmədi.
-
Həsən gəl, ay Həsən gəl,
Ya mən gəlim, ya sən gəl.
-
Heyvan innəşməyindən,
İnsan dilləşməyindən.
-
Hax Həzərdi, Hax Həzər,
Bir vurar, qırxın əzər.
-
Hamıya soğan soyan,
Mənə sarımsaq döyən.
-
Həyasızdan həyalan,
Utanmazdan daldalan.
-
Hirs gələr, göz qızarar,
Hirs gedər, üz qızarar.
-
Çalxa-çalxa yağ olsun,
Kef-damağın çağ olsun.
-
Çıxdım ağac başına,
Baxdım ocaq daşına.
-
Çox əyilmə- basarlar,
Çox ucalma asarlar.
-
Cavanlıqda daş daşı,
Qocalıqda ye aşı.
-
Cavanlıqda pul qazan,
Qocalıqda qur qazan.
-
Cavanlıqda çək cəfa,
Qocalıqda sür səfa.
-
“Can” dedim yemiş aldım,
Qızdım, mərgümüş aldım.
-
Şəri şeytandan saxla,
Quru böhtandan saxla.
-
Başda oturan baş olmaz,
Başbilənsiz iş olmaz.
-
Daşdandır, dəmirdəndir,
Mayası xəmirdəndir (su dərmanı)
-
Ayaqları su içir,
Üstündən gələn keçir (körpü).
-
Axşam sərdim noxudu,
Səhər qalxdım yoxudu (ulduz).
-
Arvad var, yoxdan aş eylər,
Arvad var, kişini külbaş eylər.
-
Qonşu qonşuya baxar,
Canını oda yaxar.
-
Nə qoyuram əngimə,
O da çıxar rəngimə.
-
Nə ağlı var, nə varı,
Burnun tutub yuxarı.
-
Xatından paşa olmaz,
Ağacdan maşa olmaz.
-
Tez kəsər, yarı kəsər,
Gec kəsər, karı kəsər.
-
Yayda başın bişirər,
Qışda aşın bişirər.
Dostları ilə paylaş: |