Şəffaf hökümət=asan xidmət və elektron imza
Zaman dəyişdikcə, texnologiya inkişaf etdikcə, insanlar çox şeyi asanlıqla əldə etməyə çalışırlar. Artıq elə bir vəziyyət yaranıb ki, insan texniki vasitələrdən istifadə etmədən normal iş fəaliyyətini həyata keçirmək imkanından məhrum olur. Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə formalaşır.
İKT-nın idarə və müəssisələrdə, yerli ərazi nümayəndəliklərində, bələdiyyələrdə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.
XXI əsrdə texnlogiyanın bütün həyatımızı əhatə etməsinə baxmayaraq, hələ də məhrumiyyətlərlə üzləşən yerlər də mövcuddur. Azərbaycanda da IKT sahəsində böyük işlər görülsə də, yeniliklərdən uzaq olan yerlər hələ də qalmaqdadır. Buna misal olaraq, rayon və kəndləri misal göstərə bilərik. Hökumətin planına əsasən 2014-cü ilin sonuna qədər bütün məktəblər və idarələr internetlə təmin olunacaq. Və insanların işi daha da asanlaşacaq. Bu təqdirəlayiqdir. Lakin gəlin baxaq görək, internet anlamı insanlar arasında necə qarşılanır? Ümumiyyətlə, internet deyilən zaman nə başa düşülür və bizim insanımız ondan səmərəli bir şəkildə istifadə edə bilirmi?
Baxmayaraq ki, bir çox idarə və müəssisələrdə İKT sahəsində yeniliklər mövcuddur, demək olar ki, insanların əksəriyyəti bundan bixəbərdirlər. hələ də insanlar intenretdən yalnız əyləncə və söhbət məqsədi ilə istifadə edə bilirlər, yaşlı və orta nəslin isə kompyuter bilikləri çox aşağıdır, hətta yox səviyyəsindədir. Insanlar KİV – lərdən İKT haqqında xəbərlər duysa belə, praktiki olaraq istifadədən çox vaxt məhrum olurlar. Bugün Elektron hökumət və onun tərkib hissəsi olan elektron imza anlayışı və ASAN xidmət anlayışı var, lakin Azərbaycanın ucqar kənd və rayonlarında bu anlamları dərk etməyən insanlar var.
Bu gün ölkəmizdə elektron xidmətin yaradılması bir çox məqsədlərə xidmət edirki, bunlardanda əsasən işlərin görülməsində vaxt itkisinin qarşısını alır və qazanılmış vaxt çərçivəsində insanlar başqa faydalı işlərini həll edir, məmur- vətəndaş münasibətləri normal və şəffaf müstəviyə keçir. Həmçinin məmur - vətəndaş əlaqələrində korrupsiya faktlarını minimuma endirir. Ən əsasda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və açıq hökumət prinsiplərinin tətbiq olunmasıdır. Bir sözlə e-hökümət sosial, siyasi və ekonomik gündəmi yaxşı idarə etmək üçün əhəmiyyətli bir amildir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 191 saylı qərarı ilə "Elektron xidmət növlərinin Siyahısı" müəyyən olunmuşdur. Bu siyahıya əsasən 40 dövlət orqanı üzrə 600-dən çox elektron xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" təsdiq edilmiş, Elektron xidmətlər reyestrinin operatoru funksiyalarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirməyini təsdiq etmişdir.
Həmçinin həmin qərarla Mərkəzi icra hakimiyyəti orqanlarına iki ay müddətində göstərilən elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınmasının təmin edilməsi və elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılır.
Elektron xidmətlərdən istifadə zamanı istifadəçilərin bir çox hüquqları vardır ki, bunlardan elektron xidmətləri müvafiq inzibati reqlamentə uyğun qaydada və vaxtında almaq, elektron xidmətlərdən istifadə etmək üçün dolğun, aktual və düzgün məlumat əldə etmək, elektron xidmətlərdən eyni şərtlərlə və bərabərhüquqlu istifadə etmək, elektron xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər həlli imkanlarından istifadə etməyi göstərmək olar.
Görülən hər bir iş ilk başda bir çox çətinliklərlə üzləşdiyi kimi e-hökumətin qurulması da problemsiz ötüşə bilməz. Bəzən bu problemlər üzdə elə də qabarıq nəzərə çarpmasa da, fəsadları məqsədə çatmaqda maneələr törədir. Bir çox idarə və müəssisələr, ərazi nümayəndəlikləri, bələdiyələr e-imzayla təmin olunsalarda, onlardan istifadə qaydalarını bilməmələri və bunları öyrənməyə alışmaması sonda bank və maliyyə idarələrində işləyən işçilərinin “şirinlik” adı altında rüşvət alması ilə nəticələnirki bu da korrupsiyanin başlanğıcı olur. Məmurlarda İKT ilə işləmək bacarığı və ya həvəsi olmayanda, təbii ki, onlarda dövlət idarəetmə sisteminin informasiyalaşdırılmasına maraq da olmayacaqdır və elektronlaşdırılma işi böyük maneələrlə rastlaşacaqdır.Çünki məmurlar bu işin tərkib hissəsidir. Ona görə də məmurlarda İKT-yə marağın oyadılması, onların İKT biliklərinin artırılması üçün Hökumət QHT-lərində köməyindən istifadə etməklə müxtəlif layihə və proqramlar təşkil etməlidir. E-hökumətin dahada sürətli inkişafı üçün hər bir dövlət orqanı bu sistemin iş prinsipini yüksək səviyyədə mənimsəyən və görülən işlərdə tətbiq etməyi bacaran kadrları işə cəlb etsə daha səmərəli olar.
Eyni zamanda şəffaflığın qorunması məqsədilə təhsil müəssisələrində və gənclər arasında maarifləndirmə tədbirləri həyata keçirilməsi olduqca vacibdir.
İKT sahəsinin hərtərəfli inkişafı üçün və cəmiyyətdə yüksək səviyyədə qəbul edilməsi üçün kütləvi maarifləndirmə xarakterli görüş və tədbirlər həyata keçirilməli, insanlar məlumatlandırılamıdır. Əks halda görülən işlər sadəcə görüntü xarakterli olacaq və faydalı olmayacqdır.
Dostları ilə paylaş: |