Heyətin professional bacarıqlarının artırılması
“Şəffaflıq Azərbacyan” Təşkilatı maliyyə təlimlərində iştirak edərək Quick Book Pro 2017 proqramını mənimsəmiş, bundan başqa İAS 20 hökumət qrantları ilə əlaqədar mühasibatlıq siyasəti standardları, yəni “akkrual” mühasibat uçotunun təşkil edilməsi, İAS 20 standartına uyğun gəlir yanaşmasının tətbiq edilməsi, İAS 20 12-ci maddəsinə əsasən gəlirin tanınması standartlarının tətbiq edilməsi ilə bağlı təlim qəbul etmişlər.
Şəffaflıq Azərbaycanın heyyəti ekspert, OGP İdarə heyətinin üzvü, Veronika Kretunun təşkilatçılığı ilə Açıq Hökumət monitorinq metodologiyası ilə bağlı treninq sessiyasında iştirak etmişdir.
Şəffaflıq Azərbaycan Təşkilatının əməkdaşı Transparency İnternational Təşkilatının Berlində keçirilən Regional Biznes Dürüstlüyü, Biznesdə rüşvət əleyhinə İSO standarları təlimindən iştirak etmişdir. Bundan başqa, “Açıq Hökumət Avrasiya Müstəvisində” adlı Kiyevdə keçirilən təlimdə də iştirak etmişdir.
AŞT layihəsinin Direktoru Tiflisdə Azərbaycan dövlət satınalmalarının qiymətləndirməsinin nəticələrinin təqdimatı ilə bağlı regional tədbirdə iştirak etmişdir.
Dostları ilə paylaş: |